Əməliyyatxana blokları

Medipol Universiteti Xəstəxanası hər cür əməliyyat həyata keçirilə bilən beynəlxalq standartlara uyğun ağıllı texnologiya ilə təchiz olunmuş 25 əməliyyat otaqları var ...

Əməliyyat otaqlarının böyüklüyü 45-58 m2-dir,həm tavan yüksəkliyi, həm də dizaynı beynəlxalq standartlara uyğundur.Əmliyyatxanalardakı havalandırma sisteminin böyük hissəsi laminar axıntılı və bütövlükdə hepafiltrlidir.Əməlyyatxanalar təchizat baxımından mükəmməl dizayn edilmişdir.Portativ KT və beyin cərrahiyyəsi otağında hərəkətli MRT cihazı mövcuddur.Əməliyyatxanalar anesteziya baxımından tam təchiz olunmuş ,anesteziya cihazları ən son texnoloji və hər cür əməliyyatların edilə biləcəyi cihazlardır.Eləcə də MRT olan otaqda da cihazlar istifadəyə uyğundur.Laparoskopik əməliyyatlar üçün əməliyyatın növünə görə fərqli optik sistemlər mövcuddur.

Yüksək xüsusiyyətli ,ağıllı texnologiya ilə təchiz olunmuş əməliyyatxanalarda güclü bir elmi heyət,sahələrində mütəxəssis olan köməkçi tibbi heyət və təcrübəli dəstəkçi heyət vəzifə başındadırlar.

Anesteziologiya Tətbiqi
 

ÜMUMİ ANESTEZİYA

Bu üsulla həyatı funksiyalarda dəyişiklik olmadan müvəqqəti olaraq şüur itkisi,ağrı hissiyatının itkisi,reflekslərə təzyiq etmə və hərəkətsizlik təmin olunur.Bu səbəblə istifadə edilən müxtəlif növdə anastezik və analgezik dərmanlar mövcuddur.Bu dərmanlar anesteziya mütəxəssisinin nəzarəti altında damar daxilinə verilərək və ya xüsusilə uşaqlarda tənəffüs yolu ilə istifadə edilir.Ümumi anesteziya müddəti əməliyyatın müddətinə görə dəyişir.Əməliyyatın bitməsini müşahidə edərək dərmanların verilməsi kəsilir və xəstə oyandırılır.

REGİONAL (LOKAL) ANESTEZİYA

Bu üsulda xəstənin şüuru ümumi anesteziyadakı kimi itməz,ancaq ağrı hissiyatı ortadan götürülür.Ən çox tətbiq edilən üsullar santral bloklar (epidural və spinal anesteziya, hər ikisinin eyni anda edildiyi spinal epidural anesteziya) və ya periferik( aksillər (qol), femoral, siyatik və popliteal (qıç) blok vs) bloklardır.Bu üsullar əməliyyatın yerinə və növünə görə tətbiq edilir.Medipol Universiteti Xəstəxanasında epidural anesteziya üsulları ilə ağrısız doğuş da uğurla həyata keçirilir.

SEDATİV –ANALJEZİK TƏTBİQ EDİLMƏLƏR

Lokal anesteziya vasitəsilə edilən kiçik cərrahi əməliyyatlarda və diaqnoza kömək olaraq ağrısız müdaxilələr və tədqiq məqsədli müdaxilələr (MRT,endoskopiya və s.)xəstəni rahatlaşdırmaq ,sakitləşdirmək ,qorxularını aradan qaldırmaq üçün lazım olan dərmanların damar yolu ilə verilməsi üsuludur.

ƏMƏLİYYAT-ANESTEZİYA SONRASI İZLƏNİM

Əməliyyat qurtarıb,xəstə oyandıqdan sonra oyanma bölməsinə keçilir.Burada xəstənin həyatı funksiyaları davamlı olaraq izlənilərək otağına göndərilənə qədər nəzarət altında saxlanılır.Medipol Universitet Xəstəxanasında 22 xəstənin həyatı funksiyalarının izlənməsini həyata keçirən təchizata malik 2 oyanma bölməsi mövcuddur.