Pediatrik (Uşaq ) Onkologiya Bölməsi

Medipol Universiteti Xəstəxanası Pediatrik (uşaq) Onkologiya bölməsi,tərkibində təcrübəli heyəti ilə ,uşaqlıq çağı xərçəngində müalicəyə diqqət ayırıb,milli müalicə üsulları ilə yanaşı beynəlxalq müalicə üsullarının da tətbiq edildiyi mərkəzdir.Müalicə planlaşdırılması,yüksək intizamlı şiş müşavirələrində həyata keçirilir.İldə təxminən 2500 yeni uşaqlıq çağı xərçəngi diaqnozu qoyulan ölkəmizdə, fiziki şərtləri və müalicə imkanları ilə Medipol Universiteti Xəstəxanası Pediatrik (Uşaq) Onkologiyası Bölməsi, ölkəmizin qabaqcıl uşaq onkologiyası mərkəzlərindən biri olma yolunda irəliləməkdədir.

XİDMƏT GÖSTƏRƏN SAHƏLƏR

  • Leykoz və linfomalar
  • Uşaqlıq çağı kəskin linfoblastik leykoz
  • Uşaqlıq çağı kəskin myeloblastik leykoz
  • Uşaqlıq çağı Hodgkin xarici linfomalar
  • Uşaqlıq çağı Kodgkin linfomalar
  • Beyin və onurğa iliyi şişlər
  • Neyroblastoma
  • Wilms şişi və uşaqlıq çağının digər böyrək şişləri
  • Sarkomalar
  • Ewing növlü şişlər
  • Osteosarkoma /sümüyün malign fibroz histiositomu
  • Rabdomyosarkoma
  • Uşaqlıq çağının rabdomyosarkoma xarici yumuşaq toxuma şişləri
  • Retinoblastoma
  • Qaraciyər şişləri
  • Uşaqlıq çağının nadir xərçəngi

Xərçəng müalicəsinin müddətinin uzun olması səbəbi ilə ,müalicə müddəti boyunca və ya müalicədən sonra ortaya cıxan cətinliklər bütövlükdə ələ alınaraq həll olunur.Ehtiyac olduğu halda,xəstəyə və ailəsinə psixoloji dəstək verilir.Ayaqdan müalicə alıması planlaşdırılan uşaq xəstələr ,kimyaterapiya bölməsində mümkün olduqca yetişkin xəstələrdən ayrı olaraq müalicə alırlar.Medipol Universitet Xəstəxanası Pediatrik (uşaq) Onkologiya bölməsinin ölkəmizin ən modern uşaq sümük iliyi nəqli bölməsindən biri olması, bu müalicəyə ehtiyacı olan xəstələrdə inam yaradır.

Eləcə də ölkəmizdə bir cox uşaq onkologiya mərkəzində həyata keçirilən yüksək miqdarda radioaktiv maddə istifadəsi müalicəsi (MİBG müalicəsi kimi) Medipol Universitet Xəstəxanası Nüvə Tibb Mərkəzi ilə birlikdə uğurla davam etdirilir.

Gamma Knife

Gamma Knife

Beyin xəstəliklərində hədəf mərkəzli əməliyyatsız yeganə müalicə növü

Varian Trilogy Lineer

Varian Trilogy Lineer

Varian Trilogy Lineer sürətləndirici və Eclipse planlaşdırma sistemi ilə 2 və 3 ölçülü ,kompleks və konformal müalicələrdən ən inkişaf etmiş İMRTT müalicələrinə və son illərdə inkişaf etmiş RapidArc müalicə üsuluna qədər bütün texnikaları İGRT texnikası ilə birləşdirərək tətbiq etmək mümkündür.

Truebeam

Truebeam

Varian Tibbi sistemlərin inkişaf etmiş radioterapiya cihazıdır.Bu cihaz çox güclü nöqtəvari dəqiqlik və böyük bir həssaslıqla yalnız şişə radiasiya verəcək şəkildə hazırlanmışdır. Ətraflı görüntü alma xüsusiyyəti ilə şiş hərəkətini birləşdirərək dəqiq doğruluqda müalicə tətbiq etmək imkanı yaradır.Sürətli müalicə xüsusiyyəti ilə ağciyər,qaraciyər,baş-boyun,prostat xərçənginin müalicəsində yeni qapı açır.

Cyber Knife

Cyber Knife

Cyber Knife M6 ilə ağciyər, prostat,qaraciyər,mədəaltı vəz ,beyin, onurğa iliyi başda olmaqla bədənin hər hansı bir yerində olan şişlər müalicə edilir.