Stomatologiya- Ağız Çənə-Üz cərrahiyyəsi

Medipol Universiteti Diş Xəstəxanası ,güclü elmi heyəti və modern quruluşu ilə 7 gün 24 saat xidmət göstərir

ÜZ GÜLDÜRƏN TEXNOLOGİYA,PEŞƏKAR ELMİ HEYƏT…

AĞIZ VƏ DİŞ SAĞLIĞINDA A-DAN Z-Ə TƏHLÜKƏSİZ MÜALİCƏ

Estetik diş həkimliyi (diş ağartma,estetik gülüş, sirkonium tətbiqi, farfor laminate və s.),diş müalicələri (kanal müalicələri, şüalı plomblar, farfor inlay tətbiqləri və s.),protez (həssas bağlanmış damağ protezləri,lazerlə işlənmiş farfor protezlər),çənə cərrahiyyəsi (lokal və ümumi anesteziya altında ağız içi cərrahiyyə əməliyyatları,implant tətbiqi,çənə oynaq problemləri),ortodontiya (uşaq və yetişkin ortodontiyası,estetik və lingual breketləmə ),periodontologiya (diş əti xəstəlikləri diaqnozu və müalicəsi,estetik diş əti) Medipol Universitet Diş Xəstəxanasında uğurla tətbiq olunan diaqnoz və müalicə xidmətləridir.

MEDİPOL UNİVERSİTETİ DİŞ XƏSTƏXANASI ELM SAHƏLƏRİ

  • Ağız ,Diş və Çənə Cərrahiyyəsi
  • Ağız,Diş və Çənə Radiologiyası
  • Diş xəstəlikləri və müalicəsi
  • Endodontiya
  • İmplantologiya
  • Ortodontiya
  • Pedodontiya
  • Periodontologiya
  • Protetik diş müalicəsi

Medipol Universiteti Diş Xəstəxanasında ümumi anesteziya və ya yatışdırma ilə diş müalicələri həyata keçirilir. Xüsusilə diş həkimi və diş müalicəsi qorxusu olanlarda ,kooperasyon çətinliyi olan uşaqlarda , zehni maneəli xəstələrdə, uzun davam edəcək əməliyyatlarda, böyük cərrahiyyə əməliyyatlarında ümumi anesteziya və sedasyon davamlı istifadə edilir. və Medipol Universiteti Diş Xəstəxanasının mütəxəssis həkim heyəti tərəfindən dişə xüsusi əməliyyatxana mühitində aparılır.

ELM SAHƏLƏRİ 

1. AĞIZ,DİŞ VƏ ÇƏNƏ CƏRRAHİYYƏSİ

Ağız ,Diş və Çənə Çərrahiyyəsi elm sahəsi ağız,diş və çənə ilə əlaqədar xəstəliklərin,yaralanmaların və dəyişikliklərin diaqnoz və müalicəsi ilə məşğul olan cərrahiyyə sahəsidir.

Medipol Universiteti Diş Xəstəxanası Ağız,Diş və Çənə cərrahiyyəsi elm sahəsində başda ağız və dişlərlə bağlı kistalar,şişlər kimi patologiyalarla eyni zamanda diş və çənə qırıqları,çənə sümüyü daxilində qalmış dişlərin çıxarılması və ya davam etdirilməsi ilə protez edilməsinə kömək etmək üçün ağzın sərt və yumuşaq toxumalarındakı müalicələr uğurla həyata keçirilir.

Bunların eyni zamanda doğuşdan və ya sonradan əmələ gələn çənə ,üz anomaliyaları,damaq-dodaq yarıqları ,alt və ya üst çənənin irəlidə və ya geridə yerləşməsi səbəbiylə çeynəmə funksiyasının və estetikasının pozulduğu hallar akademik həkim heyəti tərəfindən lokal və ya ümumi anesteziya altında müvəffəqiyyətli bir şəkildə müalicə edilməkdədir.


2. AĞIZ,DİŞ VƏ ÇƏNƏ RADİOLOGİYASI

Ağız ,Diş və Çənə radiologiyası ağız,diş və çənə bölgəsindəki xəstəliklərin diaqnozunun və ediləcək müalicələrin ,klinik və radioqrafik olaraq təyin olunduğu diş həkimliyi elm sahəsidir.Bölmədə oral və maksillofasiyal toxuma və orqanlar sistematik olaraq incələnir,bu quruluşlara aid bütün fizioloji və patoloji dəyişikliklər kliniki və radioqrafik olaraq şərh edilir və ediləcək müalicə planlaşdırılır.

Medipol Universiteti Diş Xəstəxanası ağız ,diş və çənə radiologiya elm sahəsində,radiologiya bölməsində ən son texnoloji inkişaflar istifadə edilərək ,dişlərin qapaq, kök və ətraf strukturlarının araşdırıldığı periapikal qrafik, panoramik və sefalometrik baş qrafikləri və s. birbaşa texnikaların yanında müasir texnologiyanın son nümunələrindən biri olan dental tomoqrafiya müvəffəqiyyətlə istifadə olunur.


3. DİŞ XƏSTƏLİKLƏRİ VƏ MÜALİCƏSİ

Diş xəstəlikləri və müalicəsi,diş çürüyünün müəyyən edilməsi,müalicəsi və diaqnozu ilə maraqlanan elm sahəsidir.

Medipol Universiteti Diş Xəstəxanası diş xəstəlikləri və müalicəsi elm sahəsində ,toxumalarda inkişaf etmiş və qazanılmış xəstəliklər səbəbi ilə yaranan defektlərin düzəldilməsi, funksiya və estetik quruluşunun yenidən təmin edilməsi və daha da əhəmiyyətli olan patoloji təkrarlanmaması üçün lazımi tədbirlər alınır və qoruyucu diş həkimliyi prinsipləri tətbiq olunur.

4. ENDODONTİYA

Endodontiya ,dişin mərkəzində və diş kökünün kanallarında meydana gələn xəstəliklərə kanal müalicəsi tətbiq edən diş həkimliyi elm sahəsidir.Yumuşaq diş təbəqəsində meydana gələn zərərlər zamanı köhnə tətbiqlərdə diş çəkilərkən ,müasir texnologiya ilə dişlərə tətbiq edilən kanal müalicəsi ilə diş çəkilməsi artıq tək həll yolu deyil.

Medipol Universiteti Diş Xəstəxanası Endodontiya elm sahəsində güclü akademik diş həkimi heyəti və modern anesteziya texnikası ilə müalicə zamanı ağrı minimuma endirilir.Kök kanallarını təmizləyib şəkilləndirməklə ,kök kanalı doldurulduqdan sonra dişə plomb və ya örtü qoyulur.Bütün bu əməliyyatlardan sonra diş digər sağlam dişlər kimi öz funksiyasını davam etdirir.


5. İMPLANTOLOGİYA

İmplant, əskik olan dişlərin funksiya və estetikasını təkrar qazandırmaq məqsədi ilə çənə sümüyünə cərrahi bir əməliyyat ilə yerləşdirilən süni diş kökləridir.

Medipol Universiteti Diş Xəstəxanası İmplantologiya elm sahəsində ,tək və ya birdən çox diş əskikliyi zamanı,bütün implant əməliyyatları lokal və ya ümumi anesteziya altında uğurla həyata keçirilir.

İmplantlar,tətbiq edildiyi sümük hissəyə və xəstənin sümük sıxlığına bağlı olaraq ortalama 2-6 ayda sümük ilə birləşir.Bu müddət sonunda implantın üstünə hərəkətli və ya sabit protez taxılır.Funksiya və estetikanın təmin edilməsi ilə yanaşı implantlar diş əskikliyi ilə ortaya çıxan sümük itkisinin qarşısını alaraq çənənin forma və quruluşunun davamlığını təmin edir.

Medipol Universiteti Diş Xəstəxanası İmplantologiya elm sahəsində,ümumi tibbi vəziyyəti yaxşı olan bütün fərdlərə implant yerləşdirilə bilər.Düzgün planlama, steril cərrahi şərtlərin varlığı və xəstənin ağız gigiyenasına göstərilən diqqət müalicədə müvəffəqiyyəti artırır.

İMPLANT MÜALİCƏSİNİN ÜSTÜNLÜKLƏRİ

  • Dişini itirmiş xəstələr diş bərpası üçün ətraf dişlərini itirmək məcburiyyətində qalmaz
  • Implantlar geniş olaraq toxumalara uyğun və son dərəcədə dözümlüdür.
  • Implantların görünüşü və istifadəsi çox rahatdır.Ağız daxilində varlığı hiss edilməzdir.
  • Implantlar ,uzun ömürlü və estetik bir həlldir.
  • Implantların baxımı və təmizliyi asandır.
  • Implantlar ağız qoxusu yaratmaz.
  • Implantlar əskik dişin yerini sağlam şəkildə doldurduğundan hər şeyi rahat yemə,daha yaxşı çeynəmə və beləliklə daha yaxşı qəbul etmə şansı təqdim edir.

 

Medipol Universiteti Diş Xəstəxanası İmplantologiya elm sahəsində ,mütəxəssis elmi heyət tərəfindən müayinə edilən xəstələrə ən uyğun implant müalicəsi növləri təqdim edilir..


6. ORTODONTİYA

Ortodontiya əyri dişlərin,çənə və üzdəki uyğunsuzluqların düzəldilməsi ilə məşğul olan elm sahəsidir.

Medipol Universiteti Diş Xəstəxanası Ortodontiya elm sahəsində,mütəxəssis akademik heyət və modern texnoloji quruluşu ilə hərəkətli apareylər və ya sabit müalicə üsulları ilə çənə böyüməsinin yönləndirilməsi (uşaq xəstələrdə ), pis vərdişlərin (əmzik istifadəsi, barmaq əmmə və s.) çənəyə mənfi təsirləri və bütün əyriliklər müvəffəqiyyətlə müalicə edilir.Bununla eyni zamanda bölümdə yaxşı bir estetika və funksiya təmin edilir.Ortodontik müalicə hər yaşda tətbiq edilir.


7. PEDODONTİYA

Pedodontiya,0-13 yaş qrupu uşaqların süd və daimi dişlərinin sağlam olaraq qorunmasını,çürük,zədə, irsi və bənzər faktorların bu dişlərdə meydana gətirdiyi problemlərin aradan qaldırılmasına yönələn elm sahəsidir.

Medipol Universiteti Diş Xəstəxanası Pedodontiya elm sahəsində,sahəsində mütəxəssis ,akademik diş həkimi heyəti ilə uşaqlarda diş həkimi heyəti ilə diş çürümə pozğunluğunun izlənməsi və qarşısının alınması,süd dişlərinə və qalıcı dişləri çürümədən qorumaq üçün üsulların tətbiqi,süd dişlərinin və qalıcı çürüklərin müalicəsi,erkən diş çəkilmələrin nəticəsi olaraq yaranan boşluqların gələcəkdə diş səthini pozmaması üçün apareylər edilərək qorunması,hətta dişsiz doğulan uşaqlarda protezlərin tətbiq edilməsi şəklində bir çox tibbi xidmət göstərir.

8. PERİODONTOLOGİYA

Periodontologiya, dişləri əhatə edən yumşaq və sərt toxumaların iltihabı xəstəlikləri və bunların müalicəsi ilə məşğul olan diş həkimliyi elm sahəsidir.

Medipol Universiteti Diş Dəstəxanası Periodontologiya elm sahəsində ,ağız gigiyena motivasiyası, diş daşı təmizliyi, diş əti iltihabları, diş əti böyümələri, diş və diş əti iltihablarının birlikdə müalicələri, erkən və gec dövrdə görülən periodontal xəstəliklər, diş əti çəkilmələri, periodontal xəstəliyə bağlı diş mobilitelərinin müalicələri müvəffəqiyyətlə tətbiq edilir.


9. PROTETİK (PROTEZ ) DİŞ MÜALİCƏSİ

Protetik diş müalicəsi ,təbii dişlərdəki maddə itkilərinin ,köhnə dişlərin və ətrafındakı oral və maksillofasial toxumaların ,süni materiallarla bərpa edildiyi ,oral funksiyaların ,estetikasının və xəstənin sağlamlığının düzəldilməsi ilə maraqlanan diş həkimliyi elm sahəsidir.

Medipol Universiteti Diş Xəstəxanası Protetik elm sahəsində,sabit protezlər estetik venerlər, hərəkətli protezlər (tam və ya hissəli protezlər), implantüstü protezlər, çənə -üz protezləri və temporomandibular oynaq narahatlıqları, miogenik disfunksiyalar kimi kraniomandibular disfunksiyaları olan xəstələrin protetik müalicələri güclü akademik heyət tərəfindən uğurla həyata keçirilir.