Ümumi Cərrahiyyə

Yüksək Cərrahi Təchizat ,Yüksək Xidmət…

MÜASİR TEXNOLOGİYA İLƏ YANAŞI ELMİ XİDMƏT ANLAYIŞI…

Medipol Universiteti Xəstəxanası Ümumi Cərrahiyyə elm sahəsi,Ümumi Cərrahiyyə bölməsinin tələb etdiyi hər cür quruluş və təchizata sahib olaraq mütəxəssis heyəti ilə xidmət göstərir.

Ümumi cərrahiyyə tətbiqləri zamanı ən problemli və çətin sahələri şübhəsiz xərçənglərdir.Bölmədə,mədə,pancreas,yoğun bağırsaq,qaraciyər xərçənglərinin müalicələri aktual tibb praktikası göz önündə tutulur.Bununla əlaqədar yoğun bağırsaq xərçəngində laporaskopik (bağlı) üsul təkrar halda tətbiq edilir.Digər qarın daxili xərçənglərdə də ən inkişaf etmiş texnologiya vəsaitlərinin köməyi ilə müasir bir anlayışla müalicə prinsipləri nəzərə alınır.Döş xərçəngi ən cox rast gəlinən və nəticələri əksər hallarda uğurlu olan əməliyyatlardır.Bu xəstəliyin cərrahi müalicəsindəki aktual yanaşmalar ön planda tutularaq ,bölmədə döşün qorunduğu və qoltuq altına edilən əməliyyatların minimal səviyyəyə salındığı bir yanaşma tətbiq edilir.Ölkəmizdə tez-tez rast gəlinən quatr və tiroid xərçənglərinə yanaşma bölmə və daha öncə isə elmi səviyyədə xidmət göstərilir.

Ümumi cərrahiyyənin ən çox edilən prosedurları yırtıq və öd kisəsi əməliyyatlarıdır.Bu prosedurlar laparoskopik (bağlı) üsulla və aktual ən yüksək texnologiya vəsaitlərindən istifadə edərək edilir.Təcili cərrahiyyənin tələb etdiyi hər cür təchizata sahib olan bölmədə hər növdə xidmət,yüksək səviyyədə sürətlə verilir.

Ümumi cərrahiyyə elm sahəsi,öncə xəstə anlayışı ilə xidmət göstərməyi birinci hesab etdiyi üçün əməliyyat xarici müdaxilələrdə aktual tibbi tətbiqlər müşahidə edilir.Bu mövzuda həm endoskopik müdaxilələr həm də əməliyyatsız xəstə müşahidələri uğurla həyata keçirilir.

KOLEREKTAL (YOĞUN BAĞIRSAQ )CƏRRAHİYYƏ BÖLMƏSİ

Yoğun bağırsaq xəstəlikləri ,xüsusilə xərçəng və funksiyalı bağırsaq xəstəliyi cəmiyyətdə tez-tez rast gəlinir.Hər ikisində də son illərdə ortaya qoyulan ən vacib inkişaf yüksək intizamlı yanaşmadır.Beləcə xəstəliyin diaqnoz və müalicəsində bir cox intizamın bir –biri ilə kordinasiya daxilində rol oynaması və xəstə üçün ən ağıllı yanaşmanın tətbiqi təmin edilir.Bu mövzuda Medipol Universiteti Xəstəxanası Ümumi Cərrahiyyə elm sahəsi Kolerektal (yoğun bağırsaq) cərrahiyyə bölməsi,Patologiya,Qastroenterologiya ,Radiologiya ,Nüvə Tibbi,Onkologiya və Radiasiya Onkologiyası elm sahələri ilə kordinasiya daxilində xəstəyə istiqamətli bir yanaşma təqdim edilir.Beləcə öldürücü bir xəstəlik olan yoğun bağırsaq xərçəngi ilə mücadilədə həm qarşısının alınması və diaqnoz qoyma mərhələsində həm də müalicə mərhələsində ən aktual yanaşma ortaya qoyulur.Ayrıca yoğun bağırsaq cərrahiyyəsi bölməsində qəbzlik,nəcisdə çətinlik kimi şikayətlərin xas olduğu funksiyalı bağırsaq xəstəliklərində çox az mərkəzə çatan yüksək keyfiyyətli xidmət göstərilir.

 

YÜKSƏK İNTİZAMLI YANAŞMA İLƏ XİDMƏT VERƏN SAHƏLƏR

  • Yoğun bağırsaq xərçəngi diaqnozunda istifadə edilən ən inkişaf etmiş sistemləri əhatə edən endoskopik prosedurlar
  • Genetik testlər daxil olmaqla yüksək səviyyəli patoloji və diaqnoza istiqamətli araşdırmalar
  • Nüvə tibbi və radialogiyanın ən inkişaf etmiş cihazları ilə sintiqrafiya ,defekoqrafiyanı da əhatə edən hər növdə kompyuter tomoqrafiyası,manyetik rezonans,ultrasəs ,pozitron –emulsiyon tomoqrafiyası görüntüləri
  • Laparoskopik ( bağlı texnika) yoğun bağırsaq cərrahiyyəsi
  • Qarında heç bir kəsik etmədən makatın daxilinə edilən prosedurlar
  • əməliyyatdan əvvəl ,sonra və ya lazımlı vəziyyətlərdə əməliyyat zamanı tətbiq edilən son texnologiya cihazları ilə radioterapiya tətbiqi
  • Təcrübəli heyət tərəfindən tətbiq edilən kimyaterapiya
  • Funksiyalı bağırsaq xəstələrində qastroenterologiya heyəti tərəfindən edilən bio-feedback müalicəsi və mütəxəssis diyetoloq kontrolu
  • Stoma çətinliyi olan xəstələrdə stoma tibb bacısı məsləhəti ilə edilən təhsil və nəzarət tətbiqi

 

DÖŞ CƏRRAHİYYƏSİ BÖLMƏSİ

Döş şikayətləri ,Ümumi cərrahiyyə poliklinikalarında ən çox müraciət səbəblərindən biridir.Medipol Universiteti Xəstəxanası Döş Cərrahiyyəsi bölməsində xəstə özünü təhlükəsiz hiss edir.Təcrübəli və mütəxəssis döş cərrahları ,müasir texnologiya cihazı UZM,digital mamoqrafiya,tomosintez və MRT cihazları ilə sürətli ,dəqiq və düzgün diaqnoz mümkündür.

Medipol Unioversitet Xəstəxanasında xüsusi təlim almış cərrahlar,radioloqlar,nüvə tibb mütəxəssisləri,patoloqlar,medikal və radiasiya onkoloqları ilə multidisiplinar bir baxış əhatəsində süd vəzisinin bəd və ya xoş xassəli xəstəliklərinin müalicəsi ən yaxşı şəkildə təşkil edilməkdədir.

 

MEDİPOL UNİVERSİTETİ XƏSTƏXANASI DÖŞ CƏRRAHİYYƏSİ BÖLMƏSİNDƏ XİDMƏT GÖSTƏRƏN SAHƏLƏR;

  • Daha yaxşı kosmetik nəticə almaq üçün onkoplastik döş cərrahiyyəsi
  • Protezə uyğun dəri və döş başı qoruyucu mastektomiya
  • Ələ gəlməyən kiçik kütlələrdə radio-nüvə maddəsi ilə işarələyərək çıxartmaq
  • Qolda əmələ gələ biləcək lenfödem və ağrının qabağına keçmək üçün sentinel limfa nodu biopsiyası və selektiv əks limfa nodu diseksiyası
  • Plastik cərrahiyyə ilə eyni zamanda döş rekonstruksiyası
  • Yüksək risk və ya BRCA mutasiya daşıyıcılarına qoruyucu cərrahi müalicə
  • Erkən mərhələli döş xərçəngində 5 həftə boyunca əks təsiri yüksək olan radioterapiya seansları yerinə,təsiri kliniki işlərlə təsdiq edilmiş və dünyada az sayda mərkəzdə olan bir cihazla əməliyyat zamanı tək doza ilə radioterapiya vermə imkanı

 

MORBİD KÖKLÜK (BARİATRİK) CƏRRAHİYYƏ BÖLMƏSİ

Morbid köklük müasir dövrün insanlarının vacib bir hissəsinin sağlamlıq problemidir.İnkişaf etmiş ölkələrin sağlamlıq siyasətində köklük ilə mübarizə ,xərçəng və ya ürək xəstəliyi kimi xəstəliklərin ciddiyyətə alınaraq azaldılması üçün böyük büdcələr ayrılır.

Medipol Universiteti Xəstəxanası bu elmlə köklük problemini yaşayan xəstələri Morbid Köklük Endokrin Cərrahiyyəsi bölməsində qiymətləndirərək ən uyğun tibbi kömək göstərir.Bölmədə dietoloq,ümumi cərrahiyyə ,kardiologiya,döş qəfəsi xəstəlikləri mütəxəssisi və ehtiyac olduqda psixiatrla birlikdə arıqlama üçün ən uyğun dəstək verilməsi əsas məqsəd hesab edilir.Bu məqsədlə son 5 ildə kök olan və son iki ildə də köklüklə mübarizə aparan xəstələrin ;vücud kütlə indeksi(VKİ) 35 və yuxarıdırsa ,təzyiq ,şəkər,xolesterol yüksəkdirsə,yuxuda nəfəs darlığı kimi əlavə xəstəliyi varsa və ya vücud kütlə indeksi 40 və yuxarıdırsa və heç bir rahatsızlığı yoxdursa cərrahiyyə məsləhət görülür.

Dünyada bu məqsədlə tətbiq edilən ən çox cərrahiyyə üsullarından biri olan mədə balonu,kiçik qastrik by-pass əməliyyatları Medipol Universiteti Xəstəxanasında laporoskopik üsulla vücudda ən az zədə yaradaraq edilir.

Əməliyyat narahatlığını daha ağır vəziyyətdə yaşayan xəstələr üçün isə mədə balonu tətbiqi endoskopik olaraq günlük edilir.

ENDOKRİN CƏRRAHİYYƏ BÖLMƏSİ

Endokrin orqanlar olaraq ilk öncə tiroid ,paratiroid və böyrəküstü vəzi nəzərdə tutulur.Tiroid ,paratiroid və böyrəküstü vəzi orqanları ilə əlaqədar xəstəliklərin çoxu günümüzdə edilən araşdırmalar zamanı təsadüf edilərək diaqnoz qoyulur.Bu səbəblə əməliyyat qərarı üçün müzakirə edilən fikirlər vacib hesab edilir.Medipol Universitet Xəstəxanasında Endokrin mövzusu ilə fikir birliyi edilir.Mövzuda ümumilikdə;endokrinoloq,ümumi cərrah,patoloq və nüvə tibb mütəxəssisi mövcuddur.Ən uyğun müalicə növlərinə müzakirə edilərək qərar verilir.

Medipol Universiteti Xəstəxanasında bütün endokrin xəstəliklər minimal invaziv cərrahiyyə texnikası ilə uğurla tətbiq olunur.Bu məqsədlə əməliyyat zamanı qamma prob deyilən tiroid və paratiroid əməliyyatlarında ,toxuma diaqnoz cihazı və səs sinirini ayırd edib yaralanma riskini ən az səviyyəyə endirən sinir monitorizasiya cihazı istifadə edilir.Böyrəküstü vəzinin cərrahi xəstəlikləri üçün müzakirələr aparılır və lazım olan müalicə növləri yenə ən inkişaf etmiş tibbi üsullarla laparoskopik olaraq tətbiq olunur.

Rəqəmsal Düz Panelli Mammoqrafiya

Rəqəmsal Düz Panelli Mammoqrafiya

Normal mammoqrafiyada 2 ölçülü görüntü əldə edilir.

Robotik Cərrahiyyə

Robotik Cərrahiyyə

Türkiyədə ilk ! Dünyanın ən inkişaf etmiş cərrahiyyə robotu Medipolda… Dünyanın inkişaf etmiş cərrahiyyə robotu Türkiyədə ilk olaraq Medipol Universiteti Xəstəxanasında mövcuddur.Texnologiyanın tibb elminə təqdim etdiyi ən əhəmiyyətli inkişaflardan biri olan cərrahiyyə robotu ilə xəstəyə kiçik dəlikdən müdaxilə edilərək xüsusi əməliyyatlar həyata keçirilir.Bu sistem cərraha və xəstəyə böyük rahatlıq və asanlıq təmin edir.