Estetik,Plastik və Rekonstruktiv cərrahiyyə

ESTETİK TOXUNUŞLARLA SAĞLAM GÖZƏLLİK

AKADEMİK VƏ TƏCRÜBƏLİ ƏLLƏRDƏ MÜASİR ÜSULLAR ,ESTETİK HƏLL…

Medipol Universiteti Estetik, Plastik və Rekonstruktiv Cərrahiyyə elm sahəsi ,son texnologiya cihazları və müasir ,yenilikçi üsullar ilə xidmət göstərir.

Medipol Universiteti Xəstəxanası Estetik,Plastik və Rekonstruktiv Cərrahiyyə elm sahəsində,qəza nəticəsi yaralanma,anadangəlmə anomaliyalar və sonradan yaranan pozğunluqlar ,infeksiya,şişlər və s.xəstəliklərin nəticəsində yaranan orqan və ya vücud hissələrinin yenidən əvvəlki halına gətirilməsinə istiqamətlənən işlər aparılır.

Rekonstruktiv Cərrahiyyə, təmir və yenidən etmə mənasını verməkdədir və edilən əməliyyatın funksiyalı və estetik nəticələnməsini qarşısına məqsəd qoymuşdur.Qəza ,yanıq,anadangəlmə əskik və ya qüsurlu olan ,şiş əməliyyatları sonrasında yox olan,şəkli pozulan ya da əskilən orqanların yenidən yaranmasını təmin edir.

Estetik cərrahiyyədə isə,şəkil və ya ölçüləri pozulmuş olan orqan və toxumaların estetik halı əsas götürülərək ,saç telindən barmaq ucuna kimi bütün vücudun yenidən şəkilləndirilməsi həyata keçirilir.

Medipol Universiteti Xəstəxanası vahid estetik anlayışı ilə xidmət göstərir, mütəxəssis həkimlərdən ibarət olan heyətiylə və texnologiyanın təqdim etdiyi xidmətlərlə, göstərilən bütün əməliyyatları müvəffəqiyyətlə həyata keçirir.

XİDMƏT GÖSTƏRƏN SAHƏLƏR

  • Estetik burun əməliyyatları (Rinoplastika)
  • Üz gərmə (Face lifting)
  • Göz qapağı cərrahiyyəsi (Blefaroplastika)
  • Qaş qaldırma,alın gərmə
  • Şaxqulaq problem
  • Dodaq estetikası
  • Kimyəvi peeling
  • Kollagen və yağ inyeksiyaları
  • Dermabraziya
  • Botoks
  • Döş böyütmə,kiçiltmə və dikləşdirmə əməliyyatları
  • Vaser və lazer liposaksiya
  • Klasik liposaksiya
  • Qarın gərmə (Abdominoplastika)
  • Anadangəlmə (konjenital ) anomaliyalar
  • Bütün vücud yaraları