Ortopediya və Travmatologiya

HƏRƏKƏT AZADLIĞI…

ORTOPEDİYA VƏ TRAVMATOLOGİYADA ƏHƏMİYYƏTLİ REFERANS MƏRKƏZ

Medipol Universitet Xəstəxanası Ortopediya və Travmatologiya elm sahəsi,ortopediya və travmatologiya bölməsi ölkəmizin xüsusi referans mərkəzlərindən biri olma yolunda irəliləyir.

Bölmədə,ortopediya və travmatologiyanın bir çox ixtisas sahəsində mütəxəssis akademik heyət texnologiyanın son məhsulu tibbi görüntü üsulları ilə 365 gün 24 saat xidmət göstərir.

XİDMƏT GÖSTƏRƏN SAHƏLƏR

  • Artroskopik cərrahiyyə
  • Artrosplastika (protez)və yetişkin oynaq xəstəlikləri
  • Idman fiziologiyası və idman cərrahiyyəsi
  • Pediatrik ortopediya (uşaq ortopediyası)
  • Spinal cərrahiyyə (onurğa cərrahiyyəsi)
  • Ortopedik şişlər cərrahiyyəsi və onkologiya
  • Travma xəstəlikləri və travma cərrahiyyəsi
  • Əl cərrahiyyəsi və mikrocərrahiyyə
  • Biomexanika
  • Ortopedik dəyişikliklərin düzəldilməsi cərrahiyyəsi
  • Ayaq və topuq cərrahiyyəsi
  • Kök hüceyrə araşdırma və prosedurları

İdman fəaliyyətləri gündəlik həyatımızın bir parçasıdır,lakin düşünmədən edilən fəaliyyətlər mənfi nəticələrə səbəb ola bilər.İdman fiziologiyası və İdman cərrahiyyəsi bölməsində həm idman fiziologiyası ilə əlaqədar araşdırmalar həm də professional və həvəskar idmançıların müalicəsi edilir

Artroskopik oynaq cərrahiyyəsi bu sahədə ən çox tətbiq edilən müalicə üsuludur ;xəstələrin qısa müddətdə gündəlik fəaliyyətlərinə qayıtmalarına və sağlamlıqlarına qovuşmalarına yardımçı olan təsirli bir cərrahiyyə növüdür və bölmədə uğurla tətbiq edilir. Artroskopiya sonrası ehtiyac olduqda fizioterapiya və reabilitasiya elm sahəsi ilə birlikdə planlaşdırılan fizioterapiya proqramı ilə idmançılar idman fəaliyyətlərinə ,xəstələr isə gündəlik həyatlarına problemsiz və sürətli bir şəkildə qayıdırlar.Burada həmçinin diz ,çiyin,dirsək,omba,ayaq biləyi,əl biləyi artroskopiya əməliyyatları uğurla həyata keçirilir.

Artroz və ya daha çox “oynaq kirəclənməsi” adı ilə tnınan,ölkəmizdə gözlənilən yaş həddinin artması ilə və xəstələrin məlumatlanaraq daha rahat və aktiv bir həyat ehtiyacının ortaya çıxması ilə böyük bir problem olaraq qarşımıza çıxmaqdadır.Bu xəstəliyin müalicəsində ,xəstənin yaşı,ehtiyacı,sağlamlıq vəziyyəti və digər xəstəlikləri göz önünə alınaraq müxtəlif müalicələr tətbiq edilir.Bunlardan bəziləri;

  • Total oynaq protezi (diz,omba,dirsək)
  • Unikondilyar oynaq protezi (qismən oynaq protezi)
  • Yüksək tibial osteotomiya (oynağın yük daşıyan bölgəsinin düzəldən sümük əməliyyatları ilə uyğun vəziyyətə gətirilməsi)

Onurğa xəstəlikləri ,skolioz,gənc yetişkin və adolesan dövründə olanlara təsir göstərir və beləliklə sosial həm də fizioloji problemlərə səbəb olur.Bölmədə hər növdə skolioz əməliyyatları,xəsarətə bağlı vertebra (onurğa) qırıq əməliyyatları və osteoporoza (sümük əriməsi) bağlı çökmə qırıq əməliyyatları uğurla həyata keçirilir.

Yenidoğulan və körpəlik dövründə ortaya çıxan bütün xəstəliklər dəqiqliklə izlənərək araşdırılır və müalicələri zaman itirmədən tətbiq edilir.Bunlar arasında;anadangəlmə omba çıxıqları,anadangəlmə ayaq eybəcərlikləri,anadangəlmə ətrafların(əl,dirsək,boyun,ayaq ,qol) eybəcərlikləri mövcuddur.