Pediatriya

Uşaq Sağlamliğinin Ünvani…

Medipol Universiteti Uşaq Sağlamlığı və Xəstəlikləri elm sahəsi,uşaqlarla əlaqədar bütün bölmələrdəki güclü akademik heyəti və son texnologiyası ilə hər yaşda olan uşağın sağlamlığını qoruyur və xəstəliyini müalicə edir.Bu bölmədə 0-16 yaş arası bütün uşalıq dövründə olan xəstəliklərin tədqiqi,müayinə və müalicə planları uğurla həyata keçirilir.

Medipol Universiteti Uşaq Sağlamlığı və Xəstəlikləri elm sahəsi,uşaqlar üçün xüsusi olaraq yaradılmış rəngli poliklinika otaqları,oyun sahəsi və gözləmə salonu ilə xidmət göstərir.Beləliklə uşaqların özlərini bir xəstəxanada deyil ev və oyun mühitində hiss etmələri təmin edilir.

Sağlam bir nəsil yetişməsi və sağlamlığı pozulan uşaqların ən qısa müddətdə sağlamlıqlarına qovuşmaları üçün Medipol Universiteti Uşaq Sağlamlığı və Xəstəlikləri elm sahəsi uşaqlarla bağlı aşağıdakı bütün sahələrdə 7/24 xidmət göstərir.

Uşaq Sağlamliği Və Xəstəlikləri Elm Sahəsi ,İxtisas Sahələri

Neonatologiya bölməsində həyatın ilk ayı içində (cərrahi xəstəliyi olmayan) xəstə doğulan körpələrin müayinəsi, müalicə və izlənilməsi yatırılaraq edilməkdədir. Yenidoğan sarılığı, Yenidoğan infeksiya xəstəlikləri və erkən doğulan yarımçıq körpələrə aid olan problemlər ən tez izlənilən xəstəliklərdir.
Uşaq və adölesan yaş qrupundakı böyümə və yetişkinlik problemləri,tiroid xəstəlikləri, diabetes mellitus (şəkər xəstəliyi), cinsiyyət qeyri-müəyyənliyi, metabolik sümük xəstəlikləri, piylənmə, böyrəküstü vəzi xəstəlikləri, həddindən artıq tüklənmə və aybaşı nizamsızlığı ilə əlaqədar xəstəliklərin diaqnoz, müalicə və müayinəsi həyata keçirilir.
Uşaqlıq dövrünün yorucu xəstəliklərinə, qızdırmalı və yoluxucu xəstəliklərə, xəstəxana infeksiyalarına, konjenital infeksiyalara, infeksiyalı hepatit, müxtəlif səbəblərlə aldıqları müalicəyə bağlı və ya doğuşdan immunitet sistemi zəifləmiş uşaqlarda inkişaf edən infeksiyalara və qazanılmış immunyetməzliyi virusu (HİV virusu) daşıyan və ya xəstəliyi inkişaf edən uşaq və adölesanlara istiqamətli müasir tibb daxilində yanaşma mövcuddur.
Bölmədə qaraciyər və həzm sistemi ilə əlaqədar xəstəliyi olan uşaqların diaqnoz ,müalicə və müayinələrlə yanaşı ehtiyacı olan xəstələrə qidalanma dəstəyi verilir.Bu xidmətlərin tələb etdiyi endoskopik əməliyyatlar –özofagogastroduodenoskopiya(yemək borusu-mədə və 12 barmaq bağırsağın ,ucunda lupa olan bir cihazla görünərək müayinəsi),kolonoskopiya(qalın bağırsaqın görüntülü müayinəsi),rektosigmoidoskopiya(qalın bağırsağın son 30 sm-lik hissəsinin görüntülü müayinəsi), kapsula ya da endoskopik olaraq incə bağırsaq biopsiyası, qaraciyər biopsiyası, yemək borusu varislərindən qanayan xəstələrin varislərinin iynəylə ya da bağlayaraq müalicəsi və irsi keçən bəzi xəstəliklərin diaqnozu üçün sümük iliyi və dalaq aspirasyonu edilməkdədir.
Yenidoğulan dövründən yetişkinlik dövrünə kimi bütün uşaqların uzun müddətli və ya təkrarlanan öskürək,xırıltı kimi problemlərin eyni zamanda astma,kistik fibrozis,bronxit kimi xəstəliklərin ,yuxu pozğunluqları,xoruldama,obstruktiv yuxu-apne sindromunun,tənəffüs yolunda yad cisimlərin qalması kimi vəziyyətlərin diaqnoz və müalicəsi edilir.Bölmədə edilən diaqnostik testlər tənəffüs yolu funksiyası testləri,allergiya testləri və tər testidir.Çox az mərkəzdə edilən diaqnoz və müalicə məqsədli fleksibl bronkoskopiya,trakeostomili uşaqların müşahidəsi,noninvaziv ventilyasiya (BİPAP,CPAP,xəstəni entübe etmədən tənəffüs dəstəyinin verilməsi) və ev ventilyasiyası (evdə tənəffüs dəstəyinin verilməsi və müşahidəsi) bölmə tərəfindən həyata keçirilir.
Bölmədə,hematologiya daxilində diaqnoz və müalicə edilən xəstəliklər;bütün anemiyalar(qansızlıq.dəmir azlığı anemiyası,vitamin B12 əskikliyi anemiyası və s.),doğuşdan qan xəstəliyi (Ağdəniz anemiyası,oraq hüceyrəli anemiya və digər anormal hemoqlabinlər),sümük iliyi çatışmazlığı(aplastik anemiyalar,Fanconi aplastikanemiya,Diamand-Blackfan anemiyası,idiopatik trombositopenik purpura,nötropenilər),uşaqlıq dövrü qan xərçəngi,qanama diatezi,tromboz (laxtalanma pozğunluğu) və hemofagositik sindromdur.
Bölümdə ,bronxial astma(allergiya və allergiya olmayan),allergik rinit(allergik soyuqdəymə),qida,dərman və dəri allergiyaları başda olmaqla bütün allergiya xəstəliklərinin diaqnoz və müalicəsi ən yaxşını hədəfləyən güclü akademik heyət tərəfindən müvəffəqiyyətlə tətbiq olunmaqdadır.

Bronxial astma,allergiya rinit,qida allergiyası,atopic dermatit və dərman allergiyasına istiqamətlənmiş bütün kliniki qan analizləri,dəri testləri,tənəffüs yolu funksiyası testi və qarşılaşma testləri bölmə daxilində və laboratoriyalarında həyata keçirilir.

Bölümdə,yenidoğulan dövründən yetişkin yaşa kimi bütün anadangəlmə ürək xəstəliklərinin cərrahi müalicəsi həyata keçirilir.Uşaq Ürək Damar Cərrahiyyəsi heyəti sahələrində mütəxəssis, uşaq ürək cərrahları,uşaq kardioloqları,uşaq ürək anesteziyası və reanimasiya mütəxəssisləri,yenidoğulan mütəxəssisləri,uşaq reanimasiya tibb bacıları və perfuziyanistlərdən ibarətdir.

Ana bətnində körpənin ürəyindən başlayaraq,18 yaşın sonuna kimi olan döl,körpə,uşaq və yetişkin ürək xəstəliklərinin diaqnoz,müalicə və müşahidəsi uğurla həyata keçirilir.Bu xəstəliklər arasında daha çox doğuşdan ürək xəstəlikləri(dəliklər,darlıqlar),sonradan yaranan ürək xəstəlikləri (revmatizmalı qapaq xəstəlikləri,infeksiyalı xəstəliklər) və ürək ritmi pozğunluqları mövcuddur.
Uşaq Nevrologiya elm sahəsi,uşaq sağlamlığı və xəstəlikləri elm sahəsi daxilində yer alır və yenidoğulan ,qastroenterologiya ,kardiologiya,nefrologiya,metabolizma,genetik və s. kimi bir çox sahələri ilə birlikdə işləməyi tələb edir.Eləcə də uşaq və yetişkin ruh sağlamlığı,uşaq inkişafı,beyin cərrahiyyəsi,ortopediya,fizioterapiya və reabilitasiya,radiologiya,nüvə tibbi,qulaq-burun-boğaz,göz,patologiya,uşaq cərrahiyyəsi ,diş həkimliyi və s.digər bir çox elm sahəsi ilə əməkdaşlıq edir.

 

Uşaq Nevrologiya elm sahəsi,doğuşdan 17 yaşa kimi hər yaşda uşağın nevroloji problemləri ilə maraqlanır.Uşaq nevrologiyası elm sahəsində ən çox rast gəlinən xəstəliklər ;

 

  • Özündən getmələr və epilepsiya
  • Sinir -əzələ sistemi xəstəlikləri
  • Bəzi lazımlı maddələrin çatışmazlığı və ya yığılması nəticəsində yaranan irsi irəliləyici metabolik və ya degenerativ xəstəliklər
  • İmmunitet sisteminin problemlərinə bağlı olaraq inkişaf edən Multipl skleroz
  • SSPE və s. Nevroloji problemlər

 

Eləcə də uşaq nevrologiyası ,beyin iflici (serebral palsi)və enmə inkişaf etmiş xəstələr ilə erkən doğulan riskli körpələri müayinə edir.

 

Təkrarlanan EEG / uzun davamlı EEG-Video monitorizasiya, incə kəsikli görünüşlərin alına bildiyi 3 Tesla maqnit rezonans görüntü, funksional MRT, iktal və interiktal SPECT və PET araşdırmaları ilə epilepsiya xəstələrinə diaqnozun qoyma və uyğun müalicə müəyyənləşdirilir.

 

Metabolik xəstəliklərin müəyyən olunması üçün lazım olan sidik,qan amin turşuları,sidik orqanik turşuları, tandem mass, laktat, pürivat, ammonyak və s. metabolik tədqiqlər edilir, razılaşmalı olduğu genetik laboratoriyalarında karyotip analizi, Duchenne müşkü distrofi, myotonik distrofi, spinal müşkü atrofi (SMA), rett sindromu, metakromatik lökodistrofiya üçün analizlər, Frajil-X xromosom analizi, subtelomerik delesyon (FISH) analizi, MECP2 mutasiyası, Prader Willi / Angelman metilasyon analizi, diaqnoz qoyulmayan xəstəliklərdə Array-ÇGH (comperative genomic hybridization) və s. tədqiqlər edilir

Xüsusi öyrənmə gücü olan xəstələrə yaş qrupuna uyğun nevropsikometrik; danışma gecikməsi və pozğunluğu olanlara isə odyolojik qiymətləndirmə edilir.Riskli körpələr və motor inkişaf geriliyi olan xəstələr erkən fizioterapiya proqramına alınır.

Uşaqlıq dövrü böyrək xəstəlikləri sahəsində xidmət göstərməkdədir.Sidik yolu infeksiyaları,sidik ifrazı pozğunluqları kimi cəmiyyət arasında tez-tez rast gəlinən xəstəliklərin eyni zamanda;
  • Vezikoüreteral reflü,
  • Hidronefroz,
  • Uşaqlıq çağı Hiper təzyiqi,
  • Uşaqlıq çağı daş xəstəliyi,
  • Hematüri-proteinüri sindromları
  • Böyrək çatışmazlığı (Kəskin- xroniki) Uşaq Nefrologiyası bölməsində qiymətləndirilən digər xəstəlik qruplarıdır.
Poliklinika xədmətlərinin eyni zamanda bölmədə ,yataqlı müalicə xidməti,ayaqdan periton dializi və yatan xəstələr üçün hemodializ xidmətləri verilir.
Uşaqlıq dövründə tez-tez rast gəlinən revmatizmalı xəstəliklər,juvenil idiyopatik artrit,irsi hərarəti,vaskulit və digər əlaqəli toxuma xəstəliklərinin diaqnoz və müalicəsi güclü bir akademik heyət tərəfindən uğurla həyata keçirilir.
Ana bətnindən etibarən müşahidə olunan körpələr ,doğuş sonrası mental-motor inkişafı,qidalanma ,peyvənd və qoruyucu həkimlik proqramları ilə izlənilir.Bölmədə .uşaqların düzgün qidalanması,böyümələri,inkişafı,peyvənd proqramları,bütün təkrarlanan uşaqlıq dövrü xəstəliklər nəzarət altında saxlanılır.
  • Uşaq urologiyasında uşaq ifrazat və cinsiyyət orqanlarına aid diaqnoz və müalicə edilən xəstəliklər:
  • Böyrək kistaları,şişləri və daş xəstəlikləri
  • Böyrək uretra kanalı darlığı (UPJ darlığı)
  • Uretra sidik kisəsi kanalı darlığı ( UVJ darlığı)
  • Uretra genişlənməsi ,daşlar
  • Vezikoüreteral reflü(VUR) (sidiyin kanaldan uretraya geri dönməsi)
  • Sidik kisəsi infeksiyaları,daş xəstəliyi
  • Qarnın ön divarının meydana gəlməməsinə bağlı sidik kisəsinin qarın xaricinə açılması(Ekstrofia Vesika)
  • Oğlan uşaqlarında uretranın alta açılması (hipospadias) (peyğənbər sünnəti)
  • Enməmiş testis,hidrosel,spermatik kordon kisti
  • Epididimoorşiya (testis iltihabı),balanit-postit ( sünnət dərisi iltihabı) və prostat kimi infeksiyalar