Daxili Xəstəliklər

DAXİLDƏN GƏLƏN SAĞLAMLIQ !

HƏR NÖV DAXİLİ XƏSTƏLİKLƏRDƏ DÖVRÜN EHTİYACLARINA UYĞUN ,XƏSTƏ MƏMNUNİYYƏTİNİ ÖN PLANDA TUTAN BİR ANLAYIŞ…

Medipol Universiteti Xəstəxanası Daxili Xəstəliklər elm sahəsi üzərinə götürdüyü missiya etibarı ilə dövrün ehtiyaclarına uyğun olan xəstə məmnuniyyətini ön planda tutan bir prinsiplə xidmət göstərir.

Cəmiyyətimizdə köhnə ifadə şəkli ilə “terapiya”olaraq adlandırılan “daxili xəstəliklər bölməsi”,tibbi sahənin əsas fəlsəfəsini və yanaşmasını tərkibində birləşdirən ,məlum olan ən geniş tibbi tətbiq etmə və araşdırma sahəsidir.

Son illər digər ixtisas sahələri ilə (revmatologiya,endokrinologiya,onkologiya,hematologiya,reanimasiya,qastroenterologiya və nefrologiya) qiymətləndirilən daxili xəstəliklər ümumi xəstə populyasiyası müraciətlərinin çoxunu qəbul edir.Əhatə etdiyi xəstəlik sahələri baxımından xəstənin diaqnoz və müalicəsi daxil olmaqla əlaqədar bölmələrə istiqamətləndirmə kimi xidmətləri də icra edən bölmə sürətli və yerində diaqnoz anlayışı ilə fəaliyyət göstərir.

“Yetişkinlərin həkimi”şüarı ilə yola çıxan bölmə ,xəstələri, mütəxəssis həkim və təhsil üzvləri tərəfindən deyilən fikirlərə əsaslanaraq istənilən müayinə və görüntülərin(ultrasəs,MRT və KT və s.)düzgün və sürətli edilməsindən sonra qiymətləndirir.Ehtiyac olan vəziyyətlərdə birinci sinif yataq xidməti verilən tək nəfərlik otaqlarda,xidmət zamanı xəstə müşahidəsi və müalicəsi həyata keçirilir.

21-ci əsrdə inkişaf edən diaqnoz və müalicə üsulları Medipol Universiteti Daxili Xəstəliklər elm sahəsi tərəfindən yaxından izlənilir ;dövrümüzün sürətlə yayılan xəstəliklərinin (diabet,böyrək çatışmazlığı və s.) ən uyğun müayinə və müalicə sistemləri mövcuddur.