Nevrologiya

MÜASİR TİBBİ TƏTBİQLƏR VƏ İNKİŞAF ETMİŞ LABORATORİYALARI İLƏ NEVROLOGİYA XƏSTƏLİKLƏRİNİN DİAQNOZ VƏ MÜALİCƏSİ…

Medipol Universiteti Xəstəxanası Nevrologiya elm sahəsində,beyin,beyin sapı,onurğa iliyi və ətraflı sinir sistemi ilə əzələlərin xəstəlikləri araşdırılır və cərrahiyyə xaricində müalicə üsulları tətbiq edilir.

Nevrologiya bölməsində eləcə də hərəkət pozğunluqları epilepsiyası,beyin damar xəstəlikləri,yuxu pozğunluqları və şüur itkisi problemləri araşdırılır.

Medipol Universiteti Xəstəxanası Nevrologiya elm sahəsi,mütəxəssis akademik heyətlə eyni zamanda inkişaf etmiş laboratoriyaları (EEG.EMG,yuxu laboratoriyaları,odiologiya və tarazlıq laboratoriyaları və s.) və ən son texnologiya cihazları vasitəsilə uğurlu müalicə imkanı təqdim edir.

XİDMƏT GÖSTƏRƏN SAHƏLƏR

  • Ümumi Nevrologiya Xəstəlikləri Poliklinikası
  • Parkinsion və Tarazlıq pozğunluqları Poliklinikası
  • Unutqanlıq və Davranış pozğunluqları Poliklinikası
  • Nevromuskulyar Xəstəliklər Poliklinikası
  • Nevropsixologiya Laboratoriyası və Koqnitiv Reabilitasiya bölməsi
  • Kliniki elektrofiziologiya laboratoriya
  • Poliklinikalar

Nevrologiya elm sahəsində;

  • Başağrısı,
  • Enmə ( beyin damar tutulması, beyin qanaxması)
  • Epilepsiya (sara xəstəliyi)
  • Unutqanlıq xəstəlikləri(Alzheimer xəstəliyi və s.)
  • Nevropatik (şəkər xəstəliyi ilə bağlı,irsi,toksik,müxtəlif xəstəliklər və ya dərman qəbuluna bağlı nevropatiklər və s.)
  • Əzələ xəstəlikləri
  • Hərəkət pozğunluqları (Parkinson xəstəliyi,distoni)
  • Kəllə daxili təzyiq artması ilə bağlı olan vəziyyətlər (hidrosefaliya,beyin şişləri,psodo şiş serebri və s.)
  • Onurğa iliyi xəstəlikləri
  • Motor neyron xəstəlikləri (Amiotrofik lateral skleroz)
  • Miastenia gravis
  • Multiplinar skleroz
  • Yuxu pozğunluqları(yuxu-apne sindromu,REM davranış pozğunluğu,narahat ayaq sindromu )
  • Baş gicəllənməsi
  • Sistemli xəstəliklərə və müxtəlif səbəblərlə istifadə edilən dərmanlara bağlı nevroloji ağırlaşmalar qiymətləndirilir və müalicə edilir.

LABORATORİYALAR

Bir çox nevroloji xəstəliklərin diaqnozunda müayinə ilə yanaşı elektrofizioloji testlər də istifadə edilir.Bu testlər elektroensefaloqrafiya(EEG),elektromioqrafiya (EMG),oyandırılmış potensiallar (UP) və polisomnoqrafiyadır (yuxu və yuxu ilə əlaqədar tənəffüs ,hərəkət qeydə alınması).Bu testlər sadəcə bir qrup laboratoriya testi deyil ,nevrologiya konsultasiyasının uzadılmasıdır.

EEG

Saçlı dəri üzərinə yerləşdirilən elektrodlar vasitəsi ilə beyin dalğalarının qeyd edilməsidir.Əsas olaraq epilepsiya şübhəsi olan vəziyyətlərdə və epilepsiya xəstəliyinin müşahidəsində istifadə edilir.Ancaq beyin hüceyrələrində funksiya itkisinə səbəb olan beyin dalğalarını pozan bir çox vəziyyətdə (unutqanlıq xəstəliyi,ensefalit,müxtəlif sistemli xəstəliklər və dərmanlara bağlı şüur qarışıqlığı ilə əlaqədar vəziyyətlər və s.) vacibdir.

EMG

Mərkəzi sinir sistemi (beyin,onurğa iliyi) və periferik sinir sisteminin funksiyasını qiymətləndirmək üçün istifadə edilir.EMG danışılan bölgələrdə olan problemin yeri,dərəcəsi,növü,nə qədər zaman davam etdiyi məlumatları əldə etməyə çalışır.EMG də problemin görüntüsünün qiymətləndirilmədiyi testdir.
Görmə (VEP),Eşitmə (BAEP) və somatosensorial(SEP) olaraq 3 qrupdur.VEP ilə gözdən beynin arxa bölgəsindəki görmə mərkəzinə qədər olan görmə ilə əlaqədar yolların funksiyası qiymətləndirilir.Kliniki təcrübə ən çox multipl skleroz xəstəliyində göz siniri və görmə yollarının qiymətləndirilməsində istifadə edilir.Ancaq görmə bulanıqlığı ilə əlaqədar bir çox xəstəlikdə də diaqnoza kömək məqsədi ilə istifadə edilir.

BAEP, qulaqdan eşitmə siniri vasitəsi ilə beyindəki eşitmə mərkəzinə qədər olan yolu test edir.Bu yol üzərindəki hər hansı bir nöqtədə kəsilməyə səbəb olan bir problem də kəsilməni göstərir.

SEP,bir siniri xəbərdar edib (qol və ya ayaqda ),bu xəbərdarlığın onurğa iliyi ilə yuxarıya tərəf,beyinlə əlaqədar mərkəzə (beyin somatosensoriyal)irəliləməsi zamanı yaranan potensiallar qeyd edilir. Bu yolda hər hansı bir nöqtədə bir zərər varsa bunun yeri haqqında məlumat verilir.Kliniki təcrübədə ən cox multipl skleroz xəstəliyində naməlum onurğa iliyi tutulmalarını müəyyən etmək üçün istifadə edilir. Ancaq bir çox onuğa iliyi –beyin tutulmaları olan xəstələrdə istifadə edilir.Bu test son illərdə onurğa iliyi cərrahiyyəsində əməliyyat zamanı zədələnmiş bölgədə düzəliş edilidiyində, bu bölgənin funksiyasının geri dönüb-dönmədiyinin yoxlanılması və əməliyyatla əlaqədar onurğa zədələrinin qabağının alınması üçün əməliyyat zamanı istifadə edilir.
Bütün gecə ərzində yuxu ,tənəffüs,qol və ayaqlardakı hərəkətlərin qeydə alındığı bir testdir.Bu test ən cox yuxu-apne sindromu,yuxu ilə əlaqədar hərəkət pozğunluqları ,yuxunun özündən qaynaqlanan pozğunluqları müəyyən etmək üçün istifadə edilir.
Nevropsixologiya testləri,insanın şikayətlərinin həqiqi bir yaddaş və ya digər zehni funksiyalardakı pozğunluqların və ya zəifliyin olub-olmadığını müəyyən edir,yəni hadisənin həqiqətən beyin funksiyasında bir pozğunluğa yoxsa daha çox ruhi gərginlik kimi bir vəziyyətlə bağlı olduğunu ayırd etmək üçün istifadə edilir.

Bu testlər ,eləcə də əgər zehni funksiyalarda bir pozğunluq müəyyən edilirsə,bunun formasına baxılaraq hansı növdə bir xəstəliyə səbəb olan pozğunluğun olduğunu(yəni xəstəliyin diaqnozu) və xəstəliyin nəticəsi mövzusunda ipucu verir.
  • Tez-tez yaşanan ifliclər sonrasında və ya baş xəsarəti sonrasında ortaya çıxan lisan pozğunluqlarının (Afazi) düzəldilməsi
  • Xüsusilə keçirilən baş xəsarəti sonrasında ortaya çıxan diqqət və yaddaş pozğunluqlar,qavrama pozğunluqlarının düzəldilməsi
  • Digər zehni funksiyaların pozğunluqlarına səbəb olan nevroloji xəstəliklərdən sonra (multiplinar skleroz,ensefalit və s.) xəstələrdə ortaya çıxan zehni pozğunluqların düzəldilməsi səbəbi ilə bölməmizdə lazım olan reabilitasiya texnikası tətbiq edilir.