Uşaq Cərrahiyyəsi

KİÇİK BƏDƏNLƏR, BÖYÜK İŞLƏR!

SAHƏLƏRİNDƏ MÜTƏXƏSSİS VƏ TƏCRÜBƏLİ UŞAQ CƏRRAHLARI İLƏ ƏN MÜASİR TEXNOLOGİYA ÜSULLARI BİR ARADA…

Medipol Universiteti Xəstəxanası Uşaq Cərrahiyyəsi elm sahəsi; körpəlik,uşaqlıq və ilk gənclik dövründə (0-18 yaş) görülən cərrahi xəstəliklərin diaqnoz və müalicəsi ilə məşğul olur.Uşaq cərrahiyyəsi eyni zamanda yenidoğulanda doğuşdan əvvəl bilinən və ya doğuşdan sonra ortaya çıxan ağır anadangəlmə anomaliyaların düzəldilməsi üçün lazım olan əməliyyatların edildiyi bölmədir.

Çox geniş bir sahədə işləyən Uşaq Cərrahiyyəsi elm sahəsi; ürək xaric döş qəfəsi cərrahiyyəsi,onkoloji cərrahiyyə,həzm sistemi cərrahiyyəsi,uşaq endokrin cərrahiyyəsi, uşaq ginekologiyası,diaqnostik və müdaxilə endoskopik tətbiqlər,laporoskopik və torakoskopik cərrahi müdaxilə,ağır anadangəlmə anomaliyalar,xəsarət cərrahiyyəsi,yırtıq,apendisit,enməmiş testis kimi tez-tez rast gəlinən uşaqlıq dövrü problemlərin müalicəsindən asan cərrahi əməliyyatlar sahəsinə kimi fəaliyyət göstərir.

Edilən tətbiqlər arasında uşaqların ruh sağlamlığının qorunması,rahatlığı və ağrısız bir əməliyyat dövrü keçirməsi əsas məqsəddir.Daha etibarlı anesteziya dərmanlarının mövcudluğu və texnologiyanın təmin etdiyi asanlıqlar sayəsində uşaqlar və körpələrə lazım olan hər vəziyyətdə (kiçik-böyük bütün əməliyyatlar ,sünnət,komyuter tomoqrafiyası və maqnit rezonans kimi tədqiqlər sırasında) ümumi anesteziya verilir.

Hər xəstənin yaşına uyğun əməliyyatdan əvvəl hazırlıq (narahatlıq və həyəcan azaldan dərman qəbulu) həyata keçirilir.


Uşaq Cərrahiyyəsində ,Uşaq Urologiyasinda Diaqnoz Və Müalicə Üsullari,Tez-Tez Rast

Gəlinən Uşaq Cərrahiyyəsi Xəstəliklərindən Bəziləri Və Edilən Müalicələr ;

  • Laparoskopik –torakoskopik-endoskopik-sistoskopik prosedurlar
  • Uşaqlarda apendisit və laporoskopik müalicə
  • Qasıq yırtığı,hidrosel,kordon kistası
  • Enməmiş testis
  • Testis və torbaların təcili vəziyyəti (Akut skrotum və testis burulması)
                   >Testis dönməsi (testis burulması)
                   >Testis və torbalarla əlaqədar digər təcili vəziyyətlər
  • Göbək yırtığı
  • Göbək qranulomu
  • Əyri boyun xəstəliyi (Tortikoliz)
  • Labial yapışqanlıq
  • Bağırsaqdan qan gəlmə vəziyyətləri
                   >Bağırsaq düyünlənməsi(İnvaginasyon)
                   >Rektal polip(Juvenil polip)
                   >Bağırsaqda çat (Anal fissure)
  • Uşaqlarda qəbzlik və Enkoprezis (xaricə qaçırmaq xəstəliyi)
  • Körpələrdə mədə çıxışının tutulması (infantile plor stenozu)
  • Sünnət (yenidoğulan və uşaqlıq dövründə)
  • Şiş cərrahiyyəsi ( qarın daxili və döş qəfəsi boşluğunda yerləşməsi)
  • Hava və tənəffüs yolundan xarici cisimlərin çıxarılması                                                                                                                               
  • Uşaq urologiyası ilə əlaqədar xəstəliklər (Hipospadiyas,Vezikoureteral reflü)
  • Hirschsprung xəstəliyinin tək mərhələli müalicəsi
  • Yenidoğulanın anadangəlmə xəstəlikləri (diafraqma hernisi,özofaqus atrezi,anal və intestinal artezləri)
Robotik Cərrahiyyə

Robotik Cərrahiyyə

Türkiyədə ilk ! Dünyanın ən inkişaf etmiş cərrahiyyə robotu Medipolda… Dünyanın inkişaf etmiş cərrahiyyə robotu Türkiyədə ilk olaraq Medipol Universiteti Xəstəxanasında mövcuddur.Texnologiyanın tibb elminə təqdim etdiyi ən əhəmiyyətli inkişaflardan biri olan cərrahiyyə robotu ilə xəstəyə kiçik dəlikdən müdaxilə edilərək xüsusi əməliyyatlar həyata keçirilir.Bu sistem cərraha və xəstəyə böyük rahatlıq və asanlıq təmin edir.