Urologiya

ENDOSKOPİK ÜSULLARDAN ROBOTİK CƏRRAHİYYƏ…

SİDİK İFRAZAT SİSTEMİ XƏSTƏLİKLƏRİNDƏ İNKİŞAF ETMİŞ TİBBİ TEXNOLOGİYALAR İLƏ MÜASİR MÜALİCƏ ÜSULLARI…

Medipol Universitet Xəstəxanası Urologiya sahəsində;

  • Açıq prostat əməliyyatının,eyni zamanda Greenlight lazer (bağlı prostat əməliyyatı) tibbi və cərrahi müalicəsi
  • Cinsi funksional pozğunluqları
  • Böyrək və sidik yolları daş müalicəsi (bağlı /endoskopik böyrək daşı əməliyyatı,ESWL-səs dalğası ilə daş qırma)
  • Sonsuzluq müalicəsi (kişi sonsuzluğu)
  • Cərrahi əməliyyatlar(sidik kisəsi şişləri,prostat xərçəngi,enməmiş testis,varikosel,hipospadias və s.) uğurla tətbiq edilir.

Eləcə də bölmədə,prostat xərçənginin müasir müalicəsində istifadə edilən HİFU (prostat xərçəngində istifadə edilən yüksək sıxlıqlı cəmlənmiş ultrasəs )cihazı ilə əməliyyatlar edilir.

Urologiya praktikasında qarşılaşılan xəstəliklər arasında;sidik yolları tutulması,prostat böyüməsi,ixtiyarsızlıq,sonsuzluq,sidik qaçırma,böyrək və sidik yollarının daşları ,böyrək ,sidik kisəsi,prostat və (testis) yumurta xərçəngi xüsusi yer tutur.Uroloqların müalicə etdiyi,tez-tez rast gəlinən digər bəzi xəstəliklər isə,sidik yolu iltihabları,cinsi yolla keçən xəstəliklər və uroloji orqanların yaralanmalarıdır.Xüsusilə oğlan uşaqlarının anadangəlmə bəzi xəstəlikləri də urologiyanın maraq dairəsidir. Bunlar arasında ,enməmiş testis (yumurtanın torbaya enməməsi),qasıq yırtıq,hidrosel (torbada su kisəsi),sidik dəliyinin səhv yerdə olması(hipospadiyas və epispadiyas) kimi xəstəlikləri hesab etmək olar.Gecə yataq islatmaq,sidik kisəsindən böyrəyə sidiyin geri qayıtması,sünnət dərisinin bütün xəstəlikləri və sünnət əməliyyatı da urologiya sahəsinə daxildir.

Medipol Universiteti Xəstəxanası Urologiya elm sahəsində,açıq cərrahiyyə əməliyyatlarının eyni zamanda endoskopiya və laporoskopiya kimi müasir texnologiya üsullarına əsaslanan bağlı əməliyyatlar da uğurla həyata keçirilir.

BRAKİTERAPİYA

BRAKİTERAPİYA

Brakiterapiya,radioaktiv mənbələrin vücud boşluğuna və ya toxuma arasına (müvəqqəti)yerləşdirilərək həyata kecirilən bir şüa texnologiyasıdır.Xüsusilə ginekoloji xərçənglərdə brakiterapi ;ətraf toxumalara ən az zərərlə müalicənin təsirini təmin edir.Eksternal müalicədən əvvəl və ya sonra tətbiq edilərək daha lokal bir bölgəyə yüksək dozalar verilib daha yaxşı şiş nəzarəti təmin edilir.Şiş ətrafındakı həssas toxumaya az doza verildiyi üçün normal toxuma fəsadları ehtimalı minimuma enir.

Ekstrakorporal Dalğa Zərbəli Litotripsiya

Ekstrakorporal Dalğa Zərbəli Litotripsiya

Günümüzdə böyrək daşlarının müalicəsində ən çox və etibarla istifadə edilən üsul ESWL-dir. ESWL vücuddan başqa göndərilən şok dalğalarının daşa dəyərək onu qırmasına əsasən dayanan və açıq cərrahiyyənin əksinə ətraf toxumalara zərər vermədən tətbiq edilən bir üsuldur.Cərrahiyyəyə görə daha rahat,daha risksiz və daha ucuz bir müalicədir. Xəstənin sağalma dönəmi cərrahiyyə ilə müqayisə olunmayacaq dərəcədə qısadır.Daşlar səs dalğaları ilə qırılaraq kiçik parçalara ayrılır və sidik kanalından vücud xaricinə atılır.