Orqan Nəqli Mərkəzi

HƏYAT ÜMİDİN OLDUĞU YERDƏ BAŞLAYAR !

Medipol Universitet Xəstəxanası Orqan Nəqli mərkəzində son dərəcə təcrübəli orqan nəqli cərrahları,yetişkin və pediatrik nefroloq,yetişkin və pediatrik qastroenteroloq,anesteziya mütəxəssisi,diaqnostik radioloq,patoloq,transplant kardinator,tibb bacıları,psixoloq və sosial xidmət mütəxəssislərindən ibarətdir.Bu geniş heyətin əsas məqsədi ancaq orqan nəqli sahəsində deyil qaraciyər,öd yolları və mədəaltı vəzinin hər hansı cərrahi xəstəliklərində də yüksək texniki təchizat və təcrübə ilə xəstəyə ən qısa zamanda keyfiyyətli tibbi xidmət göstərməkdir.

Medipol Universitet Xəstəxanası orqan nəqli heyəti ,qaraciyər və böyrək nəqli sahəsində yüksək təcrübəyə malikdir.Bu günə qədər etdiyi cərrahi əməliyyatlarla,əldə etdiyi uğurlu nəticələrlə yetişkin xəstələrdə ,bir yaş və 10 kg –dan az uşaq xəstələrdə də qaraciyər və böyrək nəqli həyata keçirə bilən güclü bir komandaya sahib olan mərkəzimiz dünyanın ən inkişaf etmiş mərkəzləri ilə rəqabət edə biləcək səviyyədədir.


MƏRKƏZDƏ ,UŞAQ VƏ YETKİN YAŞ HƏDDİNDƏ OLANLARA QARACİYƏR NƏQLİ EDİLƏ BİLƏN XƏSTƏLİKLƏR BUNLARDIR;:

  • Sirroz
  • Qaraciyər xaricinə yayılmamış bəzi şişlər (HCC)
  • Yavaş irəliləyən qaraciyərə yayılmış bəzi şişlər (neyroendokrin şişlər)
  • Gözlənilmədən yaranan qaraciyər çatışmazlığı
  • Alveolar kista Hidatik kimi bəzi parazitar xəstəliklər
  • Doğuşdan gələn bəzi metabolik xəstəliklər və hematoloji xəstəlikləri (trizonemiya,Wilson xəstəliyi, I növ ailəvi hiperxolesterimiya və s.)
  • Travma sonrası böyük qaraciyər yaralanmaları

Böyrək çatışmazlığına səbəb olan xəstəliklərin böyük hissəsində bütün yaş qruplarda böyrək nəqli həyata keçirilə bilər.Ən çox böyrək nəqli həyata keçirilən xəstəliklər ;

  • Doğuşdan mövcud olan pozğunluqlar (aplaziya,hipoplaziya)
  • Kistalı böyrək xəstəlikləri (polikistik böyrək xəstəlikləri)
  • Glomeronefritlər (MPGN, RPGN və s.)
  • İrsi pozğunluqlar(Alport sindromu,Fabry xəstəliyi və s)
  • Tubulointestisyel nefrit
  • Vezikoureteral reflü
  • Neyrogenik sidik kisəsi
  • Damar xəstəlikləri (nefroskleroz, HÜS, TTP və s.)
  • Böyrək daşları
  • Şəkər xəstəliyi
  • Hiper təzyiq

Medipol Universitet Xəstəxanası Orqan Nəqli Mərkəzinə nəql üçün müraciət edən xəstələrin bütün müayinələri diqqətli şəkildə tamamlanır.Xəstələr ,4-7 gün arası qısa müddət ərzində nəqlə hazırlaşdırılır. Sonra isə ən qısa müddət ərzində nəql həyata keçirilir. Orqan nəqli sonrası xəstəyə nəzarətin uğuru hesab edilən xəstəxana heyətinin yaratdığı “sürətli çağırış sistemi” – nin köməkliyi ilə xəstələr,ehtiyac olduqları hər an həkimləri ilə əlaqə saxlaya bilərlər.