İntensiv Terapiya Blokları

Medipol Universitet Xəstəxanası Reanimasiya bölmələri həyatı funksiyaları pozulmuş,reanimasiyada nəzarətə ehtiyacı olan yüksək riskli xəstələrə 24 saat müddətində xidmət göstərən,müasir texnologiya ilə təchiz olunmuş yüksək intizamlı bölmələrdir.

Medipol Universitet Xəstəxanası reanimasiya bölmələrində hər xəstə,xəstə məhrəmliyini təmin etmək,nisbətən səssiz bir şərait yaratmaq,lazım olduqda xəstənin rahat yatması üçün otaqların işıqlandırılmasını azaltmaq və infeksiyanın yoluxmasının qarşısını almaq (izolyasiya təmin etmək)üçün xüsusi olaraq havalandırılan tək nəfərlik otaqlara yerləşdirilir. Reanimasiya bölmələrində hər çarpayı yanında mexaniki ventilyator adlandırılan süni havalandırma cihazı və xəstələrə aid həyati funksiyalarının izlənilməsi üçün (nəbz, təzyiq, bədən istiliyi, damar təzyiqi, beyindaxili təzyiq kimi)uyğun monitorlar mövcuddur. Eləcə də təcili böyrəyə dəstək müalicəsinə ehtiyacı olan reanimasiya xəstələlərinə 24 saat hemodializ və hemofiltrasiya (dializ kimi dəstək müalicəsi),hemoperfuziya,plazma filtrasiya,ECMO,ECCO2 tətbiq edilir.

Reanimasiyada xəstə qəbuluna reanimasiya həkimi və xəstənin müalicəsini öz üzərinə götürən həkimlə birlikdə qərar verir.Medipol Universitet Xəstəxanasında öz sahəsində mütəxəssis olan həkimlər tərəfindən lazımlı konsultasiyalar 24 saat müddətində təmin etməkdədir və beləcə yüksək intizamlı yanaşma ilə xəstələrə əskiksiz xidmət göstərilir.

Reanimasiyaya qəbul şərtlərinə görə Medipol Universitet Xəstəxanası Reanimasiya bölmələrində izlənilən xəstə qrupları bunlardır:

  • Ciddi tənəffüs çatışmazlığı olan xəstələr
  • Ciddi ürək çatışmazlığı olan xəstələr
  • Ciddi böyrək çatışmazlığı olan xəstələr
  • Gözlənilmədən iflic keçirən xəstələr
  • Sepsis adlı ciddi infeksiyası olan xəstələr
  • Zəhərlənmələr
  • Ümumi bədən xəsarəti alan xəstələr
  • Sinir sistemi xəstəliyi (myasteniya, garvis, guillain Barre kimi) olan xəstələr
  • Böyük əməliyyatlar sonrası nəzarətə ehtiyacı olan xəstələr
  • Orqan nəqli sonrası nəzarətə ehtiyacı olan xəstələr
  • Qocalıqla əlaqədar ümumi vəziyyətin pozulması
  • Malign xəstəliklərə bağlı olan sistemli çatışmazlıqlar və s.

 

YENİDOĞULANLAR ÜÇÜN REANİMASİYA BÖLMƏSİ

Medipol Universitet Xəstəxanası Yenidoğulanlar üçün Reanimasiya bölməsi,təcrübəli və mütəxəssis həkim heyəti və tibbi təchizatı ilə 24 saat xidmət göstərməkdədir.Bölmədə,1 ədəd HFOV,10 ədəd konvansiyonal olaraq cəmi 11 ədəd mexaniki ventilyator(süni havalandırma cihazı),30 ədəd çox kanallı monitor,səyyar rentgen cihazı,səyyar ultrasonoqrafiya,exokardioqrafiya və Doppler cihazı,sarılıq müalicəsində istifadə edilən fototerapiya cihazları mövcuddur,eləcə də kapilar qan qazı cihazı ilə 24 saat körpələrdə davamlı qan qazı,elektrolit,bilirubin (sarılıq) nəzarəti həyata keçirilir.Cihaz altından çıxan yenidoğulmuş körpələr daha sonra Kritik Körpə Poliklinikasında nəzarət altına alnır.