Hemodializ mərkəzi

HƏYATIN MƏRKƏZİ…

Medipol Universitet Xəstəxanası Hemodializ Mərkəzində texniki təchizat baxımından dializ sahəsində ən inkişaf etmiş ağıllı texnologiya cihazı olaraq hazırlanmış 5008S dializ sistemi istifadə edilir.Bu sistem öz ultra saf replasman mayesini istehsal edə bilir,dializ zamanı müalicənin təsirinin ölçülməsi (kt/V) və dializin kifayətliliyi maksimum dərəcəyə çıxarılması mümkündür.On-line HDF (hemodiyafiltrasiya) keyfiyyəti sayəsində “ürəyi qoruyan” hemodializ həyata keçirildiyindən xəstənin hemodinamik stabilliyi təmin edilərək dializ əməliyyatı əsnasında iltihab və oksidləşdirici stress bağlı yan təsirləri də minimuma endirilir.


Dializ texnologiyasının ən inkişaf etmiş avadanlığının istifadə edildiyi Medipol Universitet Xəstəxanası Hemodializ Mərkəzində böyrək çatışmazlığı olan xəstələrə,kəskin böyrək xəsarəti almış xəstələrə ,böyrək funksiyalarının pozulması səbəbi ilə yüksək riskli olub kardioloji əməliyyat və ya ürək –damar cərrahi müdaxilə tələb edən xəstələrə xidmət göstərir.

 

Hemodializ şöbəsində, hepatit göstəricilərinə görə avadanlıq və fizika mühit ayrıcalığı həyata keçirildiyindən dializ xəstələri arasında Hepatit B,C viruslarına tutulma riski ortadan qaldırılır.

Hər xəstə üçün tam avtomatik idarə edilən xəstə çarpayısı,xəstəyə xüsusi televizor,hər xəstə üçün mərkəzi oksigen və aspirasiya sisteminin yer aldığı mərkəzdə xəstə rahatlığı və təhlükəsizliyi ön planda yer alaraq; 365 gün 24 saat xidmət göstərilməkdədir.