Beynəlxalq Xəstə Xidmətləri

Uzun illərə söykənən təcrübəmiz ilə Xaricdə Müalicə Davamlı tibbi müayinə və ya ağır bir xəstəliyin müalicəsi ilə əlaqədar xaricdə tibbi xidmətlər almaq mövzusunda ağlınıza gələ biləcək hər bir nigaranlığınızın fərqindəyik Yüksək səviyyəli tibbi xidmət, mütəxəssis həkim heyətmiz və yüksək standartlara sahib texnologiyamız ilə bu cür narahatlıqlara son qoyacaq hər cür tibbi xidmət göstəririk.

Başqa bir ölkə, başqa bir dil və başqa bir mədəniyyət ilə əlaqədar narahatlıqlar

Xəstəxanamızda özünüzü evinizdə hiss etməniz və müalicə müddətinizi tatildəymiş kimi keçirməniz üçün hər cür infrastruktur sistemi mövcuddur. 14 fərqli ölkə və dildən olan işçi qrupumuz ilə sizin rahatlığınızı və dincliyinizi təmin etmək üçün hər zaman yanınızdayıq.Təcrübəli komandamız bütün mədəniyyətlərə qucaq açaraq sizi öz ölkənizdəki kimi hiss etdirəcək qədər böyük təcrübəyə sahibdir.

Medipol Universiteti Xəstəxanası Beynəlxalq Xəstə Xidmətləri Qrupu

Medipol Universitet Xəstəxanası Beynəlxalq Xəstə Xidmətləri Qrupu, 60-dan çox mütəxəssis ilə xəstəxananın tibbi xidmətlərindən daha asan və rahat bir şəkildə istifadənizi təmin etmək üçün ən qabaqcıl xidmətlərlə 7 gün 24 saat fasiləsiz olaraq xidmətinizdədir. Sizin etməli olduğunuz tək şey enerjinizi toplayaraq zamanınızı sağlamlığınıza sərf etməkdir.