Sümük iliyi və Kök Hüceyrə nəqli mərkəzi

ÜMİDƏ HƏYAT VERİRİK…

Sağlamlıq sahəsində qabaqcıl mərkəz olma yolunda əmin addımlarla irəliləyən Medipol Universitet Xəstəxanası,Sümük İliyi-Kök Hüceyrə Mərkəzi ilə də xidmət göstərir.Təkcə Türkiyədən deyil, dünyanın dörd bir tərəfindən gələn xəstələrin sümük iliyi nəqli ehtiyaclarını qarşılamağı məqsəd qoyan mərkəz müasir texnologiyanın çatdığı bütün imkanlara malikdir.

Medipol Universitet Xəstəxanası Sümük İliyi- Kök Hüceyrə Nəqli Mərkəzi, poliklinika, yatılı xəstə bölməsi, müasir laboratoriyalar və reanimasiya şöbələrindən ibarətdir.

Güclü elmi heyətin vəzifə aldığı mərkəzdə,sümük iliyi və kök hüceyrə nəqli sahəsində beynəlxalq standartların təmin edilməsi ilə yanaşı xəstələrin ehtiyac duyduğu bütün xidmətlər verilir.

Müalicə müddətini yüksək intizamla həyata keçirən Sümük İliyi və Kök Hüceyrə Nəqli Mərkəzində;

  • Multipl miyelom (plazma hüceyrələrinin yaratdığı bəd sümük iliyi xəstəliyi)
  • Linfoma ( hemotoloji linfa vəzisi xərçəngi)
  • Akut leykoz (qan xərçəngi)
  • Xroniki leykoz
  • Sümük iliyi çatışmazlığı ,aplastik anemiya,yaşlılarda rast gəlinən bir necə sümük iliyi çatışmazlığı olan MDS xəstəliyi kimi oxşar xəstəliyi olanlarda sümük iliyi və kök hüceyrə nəqli həyata keçirilə bilər.

PEDİATRİK HEMATOPOETİK KÖK HÜCEYRƏ NƏQLİ MƏRKƏZİ

Medipol Universitet Xəstəxanası Pediatrik Hematopoetik Kök Hüceyrə Nəqli Mərkəzində həm otoloq (xəstənin özündən) həm də allogenik (başqa birindən) nəqllər edilməkdədir.Mərkəz ,aferez bölməsi ,pediatrik reanimasiya ,pediatrik nefrologiya,pediatrik nevrologiya,pediatrik kardiologiya,pediatrik endokrinologiya,pediatrik qastroenterologiya və pediatrik döş qəfəsi xəstəliklərinin elmi bölmələri ilə fəaliyyət göstərir.

Medipol Universitet Xəstəxanası Pediatrik Hematopoetik Kök Hüceyrə Nəqli Mərkəzində hematopoetik kök hüceyrə nəqli ilə müalicə oluna biləcək xəstəliklər bunlardır;

  • Müalicəyə cavab verməyən leykozlar,linfoma və bəzi xərçəng xəstəlikləri
  • Doğuşdan və ya sonradan yaranan qan xəstəlikləri(Ağdəniz anemiyası,oraq hüceyrə anemiyası)
  • Doğuşdan və ya sonradan yaranan sümük iliyi çatışmazlığı (aplastik anemiya kimi)
  • Vücud müdafiə sistemi əskikliyi (immun sistemi çatışmazlığı)
  • Doğuşdan olan metabolik xəstəliklər (adrenolokodistrofiya kimi)
Gamma Knife

Gamma Knife

Beyin xəstəliklərində hədəf mərkəzli əməliyyatsız yeganə müalicə növü

Varian Trilogy Lineer

Varian Trilogy Lineer

Varian Trilogy Lineer sürətləndirici və Eclipse planlaşdırma sistemi ilə 2 və 3 ölçülü ,kompleks və konformal müalicələrdən ən inkişaf etmiş İMRTT müalicələrinə və son illərdə inkişaf etmiş RapidArc müalicə üsuluna qədər bütün texnikaları İGRT texnikası ilə birləşdirərək tətbiq etmək mümkündür.

Truebeam

Truebeam

Varian Tibbi sistemlərin inkişaf etmiş radioterapiya cihazıdır.Bu cihaz çox güclü nöqtəvari dəqiqlik və böyük bir həssaslıqla yalnız şişə radiasiya verəcək şəkildə hazırlanmışdır. Ətraflı görüntü alma xüsusiyyəti ilə şiş hərəkətini birləşdirərək dəqiq doğruluqda müalicə tətbiq etmək imkanı yaradır.Sürətli müalicə xüsusiyyəti ilə ağciyər,qaraciyər,baş-boyun,prostat xərçənginin müalicəsində yeni qapı açır.

Cyber Knife

Cyber Knife

Cyber Knife M6 ilə ağciyər, prostat,qaraciyər,mədəaltı vəz ,beyin, onurğa iliyi başda olmaqla bədənin hər hansı bir yerində olan şişlər müalicə edilir.