Nədən Başlamalı ? Müalicə Səyahətinin Təşkili

Daha öncə başqa ölkədə xəstəxanaya getməmisinizsə narahat olmayın.

Hər gün kömək etdiyimiz xəstələr kimi siz də bizim təcrübə və xidmətlərimizdən yararlanın.Biz sizin bir neçə mərhələdən ibarət olan müalicəniz üçün xaricdə yerləşən xəstəxana seçiminə nə dərəcədə məsuliyyətli yanaşdığınızı bilirik.Ona görə də siz öz probleminizin həllini bizə etibar etdiyiniz halda sizin inamınızı doğrultmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.Bizim xəstəxana tibbi turizmin təşkilində geniş təcrübəyə malikdir.Kollektivimizi Türkiyənin etibarlı və səlahiyyətli nümayəndələrindən biri hesab etmək olar.İndi isə icazə verin bir qədər özümüz,iş prinsiplərimiz haqqında məlumat verək.İlk öncə xəstəxanamız haqqında kiçik tanışlıq videosunu diqqətinizə çatdırmaq istərdik: http://www.internationalmedipol.com/Video

Xəstəxanamızın Beynəlxalq Xəstə Xidmətləri Şöbəsinin xidmətləri.:

  • Tibbi ikinci rəy (pulsuz)
  • Yüksək ixtisaslı tibbi mütəxəssisin seçilməsi (pulsuz)
  • Səyahət və Qonaqlama
  • Xəstəxanada olan müddət ərzində tibbi məsləhətçilərin köməyi
  • Xəstəxana çıxışından sonra tibbi məsləhətçilərin köməyi
  • Tərcüməçilərin tibbi xidmət zamanı şifahi müşaəti və tibbi sənədlərin yazılı tərcüməsi
  • Asudə vaxtınızın səmərəli təşkili (İstanbul turu,alış-veriş və s.)

İKİNCİ TİBBİ RƏY (İTR)

Bizim sizə təklif edə biləcəyimiz diaqnostik muayinə proqramları,müalicə prosesi haqqında məlumat əldə etdikdən sonra xaricdə muayinə və müalicə haqqında qərar vermiş olursunuz.Biz öncədən sizi xəstəxanada yerləşdirmə və tibbi xidmətlərin qiymətləri barədə məlumatlandıracağıq.Səfər öncəsi tibbi sənədlərinizi ( tibbi nəticə, muayinə nəticələri və s.) göndərmiş olsanız,mütəxəssislərimiz tərəfindən sizə təşkil olunacaq terapevtik plan və təxmini qiymətlərimiz barədə məlumat verməyə hazırıq. Bundan əlavə, siz müalicə prosesi ərzində daha arxayın olmaq üçün bir neçə həkim-mütəxəssisdən ikinci tibbi rəy ala bilərsiniz.İkinci tibbi rəy almaq üçün www.internationalmedipol.com/az-a sorğu göndərməyiniz və ya http://www.internationalmedipol.com/AZ səhifəsində “İKİNCİ TİBBİ RƏY” formasının doldurmağınız kifayətdir.Biz ən qısa zamanda sizin probleminiz üzrə ikinci tibb rəy verərək ən uyğun diaqnostika və müalicə imkanları təklif edəcəyik.

Həkim seçimi

Sonrakı mərhələ həkim seçimidir.”Həkim tapmaq” səhifəsində (http://www.internationalmedipol.com/AZ sizin tələblərinzə cavab verən həkim mütəxəssis seçə bilərsiniz. Əgər sizin həkim seçimində köməyə ehtiyacınız varsa “Qəbula yazılmaq” (http://www.internationalmedipol.com/Beynlxalq-Xst-Mrkzi) formasını doldurmanız kifayətdir. Bu bizə məsələni daha ətraflı araşdırmağa və sizin probləminizə hərtərəfli cavab verməyimizə yardımçı olacaqdır.Sizin sorğunuz müvafiq mütəxəssisə yönləndiriləcək və bir neçə gün ərzində sizə cavab veriləcəkdir.Siz həmin formanı həmçinin təkrar müyinəyə zamanı sorğu üçün istifadə edə bilərsiniz

Səyahət və Qonaqlama

Bəzi hallarda sizinlə və sizin razılığınız əsasında müalicə həkiminizlə telefonla əlaqə saxlayaraq sizin haqqınızda daha ətraflı məlumat almağımız lazım ola bilər.

Xəstəxanamızda müalicə olunmağa qərar verdikdə təcrübəli mütəxəssislərimiz sizə qarşılama,yerləşdirmə xidmətləri göstərməkdən böyük məmnunluq duyacaqlar.Biz sizi xəstəxanamızın xəstələrinə endirim edən otellərdə yerləşdirəcəyik.Gəliş və gediş zamanı sizin qarşılanmağınız tamamilə pulsuz həyata keçiriləcəkdir.Sizin qarşılanmağınız,oteldə yerləşdirilməniz üçün aşağıdakı məlumatları verməyiniz zəruridir:

  • Ad,Soyad və pasport məlumatları (Sizin və sizinlə gedəcək şəxslərin)
  • Sizin səfər biletiniz haqqında məlumat

Sizin harada qalacağınız barədə məlumat ( Bizim qonaq evində qonaqlama haqqında istəyiniz və ya tərəfimizdən otel rezervasiyası üçün dəstək

  • Həkim müayinəsinə yazılmaq istədiyiniz tarix və saat

Əgər siz otel rezervasiya etməmisinizsə xəstəxananın yaxınlığında yerləşən Medipol Universitet Xəstəxansının qonaq evində qala bilərsiniz.Əgər siz bizim qonaq evində qalmağı planlaşdırırsınızsa bu barədə mütəxəssislərimizə məlumat verməyiniz xahiş olunu.Qonaq evi Xəsətxadan və təcili tibbi yardım təxminən bir dəqiqəlik yerimə məsafəsindədir.

Xəstəxanada qalacağınız müddət ərzində tibbi məsləhət dəstəyi

Türkiyəyə gəlmədən öncə pasportunuzu,bütün tibbi sənədlərinizi özünüzlə götürdüyünüzə əmin olun.Bu müalicə prosesinizi daha da tezləşdirəcək və daha ətraflı müayinə olunmağınıza imkan yaradacaqdır

Siz xəstəxanamıza gəlmədən öncə olduğu kimi xəstəxanamıza gəldikdən sonra da sizin ana dilinizdə danışan mütəxəssislərimizə istənilən mövzu ilə əlaqədar müraciət edə bilərsiniz.Həmçinin sizi müşaiət edəcək tərcüməçiyə kömək üçün müraciət edə bilərsiniz.

Səhhətinizlə bağlı istənilən suala müalicə həkiminizdən məsləhət ala bilərsiniz.Tərcüməçilərimiz dil baryerini aradan qaldıraraq qarşlıqlı dialoq qurmanıza köməklik gəstərəcək

Xəstəxana və xəstəxana sonrası tibbi məsləhət dəstəyi

Biz sizə həm xəstəxanada olduğunuz müddətdə ,həm də xəstəxana çıxışından sonra hər növ yardım xidmətlərini təklif edirik.Bütün tibbi sənədləriniz sizin arxivinizdə saxlanılır.Sizin xəstəxana çıxışınız zamanı həmin sənədlərin ingilis dilinə tərcümə olunması təmin edilir.Tərcüməçidən,mütəxəssis kordinatordan sənədlərin tərcüməsini götürməyi unutmayın.Tibbi sənədlərin tərcüməsi sizin istəyinizdən asılı olaraq ya şəxsən sizə təqdim edilir və yaxud e-mail vasitəsilə elektron poçt ünvanınıza göndərilir.Sizin xəstəxana çıxışınızdan sonra belə mütəxəssislərimiz sizin elektron poçt ünvanı ilə və ya telefon vasitəsilə ünvanladığınız sullara cavab verməyə hazırdır.

Əgər sizin məsləhətə ehtiyacınız varsa “Qəbula Yazılmaq” blankını doldurmağınız kifayətdir (www.internationalmedipol.com/AZ)

Tərcüməçilərin tibbi xidmət zamanı şifahi müşaəti və tibbi sənədlərin yazılı tərcüməsi

İstanbulda yerləşən xəstəxanamız sizi şifahi və yazılı tərcümə xidməti ilə təmin etməyə hazırdır.Peşəkar tibbi tərcüməçilərimiz malik olduqları xarici dil biliklərindən istifadə edərək xəstələr,xəstə yaxınları və xəstəxanamızın tibb işçiləri arasında qarşılıqlı ünsiyyət qurmağa çalışırlar.Buna görə də ünsiyyət və dil məsələləri ilə bağlı heç bir narahatçılığınıza əsas yoxdur.Siz xəstəxanaya gəlmədən öncə tərcümə xidmətlərini tələb edə bilərsiniz.Sizin istəyinizdən asılı olaraq,müalicə prosesiniz,diaqnozunuzla bağlı bütün tibbi sənədlər ingilis dilinə tərcümə olunur.Sərbəst tərcüməçilərin siyhası ilə buradan tanış ola bilərsiniz: (www.internationalmedipol.com/International-Patient-Relations-Az).

Səyahətin Təşkili

Xəstəxanamızda təklif etdiyimiz xidmətlərlə yanaşı BİZ SİZƏ İSTANBULDA sizin müalicə səyahətinizi daha da maraqlı və rəngarəng edəcək müxtəlif növ turistik xidmətlər təklif etməkdən böyük məmnunluq duyarıq.Sizə aşağıdakı linkdəki keçiddən “İstanbul Bələdçisi” ni təqdim edirik: http://www.internationalmedipol.com/Istanbul-Bldcisi