Uşaq Kardiologiyası

KİÇİK ÜRƏKLƏR ARXAYIN DÖYÜNSÜN…

Pediatrik Kardiologiya bölməsində ana bətnindəki körpənin ürək xəstəliyinin fetal exokardioqrafiyası ilə diaqnozunun qoyulması ilə başlayaraq,doğuşdan ürək xəstəlikləri,uşaqlarda ürək romatizmi kimi sonradan yaranan ürək problemləri və uşaqlıq vaxtında ciddi problem olan ürək ritm pozulmalarının diaqnozu və müalicəsi mütəxəssis və təcrübəli heyət tərəfindən həyata keçirilir.Bölmədə açıq əməliyyata ehtiyac olmadan uşaqlarda anjio yolu ilə edilən ürək dəliyinin bağlanması və balon əməliyyatları kimi hər növdə daxili əməliyyatlar uğurla həyata keçirilir.Ürək cərrahiyyəsinə ehtiyac olan hadisələr baxımından Medipol Universiteti Ürək – Damar Cərrahiyyəsi Xəstəxanası ölkəmizdəki bir neçə mərkəzdən biridir.

Bölmə tərkibində yer alan Pediatrik Aritmiya Mərkəzi,uşaqlardakı ritm pozulmaları ilə bağlı hər növdə diaqnoz və müalicə üsullarının tətbiq edildiyi dünyada çox az sayda olan mərkəzlərdən biridir. Holter EKG, efor testi, hadisə qeyd edən (event recorder), siqnal təyinli EKG, tilt masası, transtorasik və transozofajeal exokardioqrafik araşdırma, genetik aritmiyalarda genetik testlər, daxili əməliyyatlar üç ölçülü sistem köməyi ilə floroskopik ablasiya (ilk dəfə Prof.Dr.Volkan Tuzcu tərəfindən ABŞ-da olarkən 2004 –cü ildə inkişaf etdirilmişdir),kryoablasiya (dondurma üsulu), daimi ürək batareyası,defibrillyator (İCD) taxılması və izlənməsi xidmət sahələri mövcuddur.

Bi-Plan rəqəmsal düz panelli Anjioqrafiya

Bi-Plan rəqəmsal düz panelli Anjioqrafiya

Pediatrik Kardiologiya və Endovaskulyar radiologiya tətbiqlərində çox aşağı doza və çox yüksək görüntü keyfiyyəti ilə ən təsirli və sürətli nəticələr əldə edilir.

Monoplan Rəqəmsal Düz Panel Kardiak Angioqrafiya sistemi

Monoplan Rəqəmsal Düz Panel Kardiak Angioqrafiya sistemi

MONO-PLAN RƏQƏMSAL FLAT PANEL ÜRƏK ANGİOQRAFİYA SİSTEMİ