Kardiologiya

Medipol Mega Xəstəxanalar Kompleksinin Kardiologiya Şöbəsi dünya standartlarına cavab verən cihaz və infrastrukturu ilə ürək xəstəliklərinin diaqnozu , müalicəsi və qarşısının alınması xidmətini göstərməkdədir.

Medipol Mega Xəstəxanalar Kompleksinin Kardiologiya Şöbəsi dünya standartlarına cavab verən cihaz və infrastrukturu ilə ürək xəstəliklərinin diaqnozu , müalicəsi və qarşısının alınması xidmətini göstərməkdədir.

Medipol Universiteti Ürək-Damar Cərrahiyyəsi Xəstəxanası Kardiologiya Bölməsində yenidoğulan körpələrdən yuxarı yaş yetişkinlərə kimi hər növdə ürək xəstələrinə diaqnoz və müalicə imkanı təmin edilir.Mərkəzimiz,ürək xəstəliklərində müayinə,diaqnoz,müalicə,reabilitasiya və koronar reanimasiya sahələrində xəstələrə xidmət göstərir.

Medipol Mega Xəstəxanalar Kompleksi Ürək Sağlamlıq Mərkəzində həyata keçirilən kardioloji müayinələr bunlardır:

Kardioloji poliklinik müayinələri

Həftənin 6 günü ( bazar günü istisna olmaqla) saat 09:00- 17:30 arası professor , professor yardımçıları , uzman və professor fizikçilər tərəfindən müayinələr aparılır.

Ürək əzələlərinin neytral konduksiyalı sistemdə işləmə prinsipini müayinə edən elektrik funksional yazılım sistemidir.EKG ürək xəstəliklərinin , ümumi müayinə və digər test və qrafiyalarla bərabər ürəkdə olan disfunksiyaların təyini üçün olduqca əlverişli müayinə metodur. Kardiovaskulyar müdaxilələrin ehtiyac duyulduğu zaman, ritm pozğunluqları, ürək qapağı qüsurları və digər ürək qüsurlarının müayinəsi zamanı olduqca vacib və təxirəsalınmaz müayinə növüdür.
Stress test ürək ritmlərində olan düzənsizlik digər adıyla aritmiyalar , kardiovaskulyar xəstəliklər, nəbz atışlarının düzənsizliyi zamanı xəstələrdə müxtəlif ürək qusurları və qan təzyiqi ilə bağlı xəstəliklərin təyini və müalicəsində olduqca effektiv müayinə metodur.Stress test müayinəsi zamanı xəstə yerimə bandı (Treadmill) üzərində yeriyir.Sürət və addımların arasındakı məsafə həkim tərəfindən təyin ediməklə bərabər ürək ritminə əsasən tənzimlənir.Xəstə treadmill üzərində müəyyən edilmiş sürətlə yeriyərkən Treadmill testi EKG yazıcısı ilə bərabər ortaq çalışma prinsipinə sahib olaraq qan təzyiqinin ölçülməsi texnikasını da təmin edir.Bunun sayəsində EKG zamanı xəstədə təyin edilməyən anormal dəyişikliklər müəyyən edilir.Stress test zamanı uzaman həkim müayinənin başından sonunadək xəstə ilə təmas halında olur.Stress test xəstədə vaxtından əvvəl kardiovaskulyar qüsurların təyini üçün olduqca effektiv müayinə metodur.Müayinənin nəticəsi test başa çatdıqdan sonra xəstəyə təqdim edilə bilir.
  • Əgər ehtiyac olarsa müayinədən 3 saat öncə yüngül qida qəbul edə bilər, daha sonra az miqdarda maye qəbul edə bilərsiniz
  • Daha öncə çəkilən EKG müayinə nəticələrinizi özünüzlə gətirməyiniz xahiş olur
  • Kişi xəstələrini sinə nahiyəsini təraş etmələri məsləhət görülür.
  • Qadın xəstələrin alt geyim olaraq iki hissəli geyimlərdən istifadə etmələri məsləhət görülür
  • Sizin müayinə həkiminiz stress test müayinəsindən öncə davamlı qəbul etdiyiniz dərmanların qəbulunu dayandıra bilər.Zəhmət olmasa bu haqda həkiminizlə məsləhətləşin.
Exokardioqrafiya ürək quruluşu və performansınının səs dalğları (ultrasəs) ilə müayinə metodur.Radiasiyalı müayinə olmadığına görə bu prosedur hər kəsə , eyni zamanda hamilə qadınlar və yenidoğulan körpələrdə tam ağrısız və təhkükəsiz olaraq aparıla bilər.Xəstə müayinə zamanı sədiyəyə uzadılır.Xəstəyə müayinə zamanı döş qəfəsi nahiyəsinə həkim tərəfindən su keçirməyən dalğa yayan izolyasiya özəllikli jel sürülür və bu xəstənin ürəyinin müxtəlif pozisiyalardan görüntülənməsinə imkan yaradır.Bu görüntüləmələr və müayinələrdə lazımi məlumatlar bütün parametrlərə əsaslanaraq xırdalıqları ilə bərabər qeyd edilir. Ürəyin quruluşu ilə bağlı bütün qüsurları (ürək genişlənməsi, ürək əzələ qüsurları, ürək qapaq qüsurları, hipertenziyalı ürək qüsurları, ürək zəiflikləri, perikardik xəstəliklər, intra kardiak qüsurlar,tutulmalar, ürək xərçəngi, kongenital ürək anormallıqları, aorta və vena damarlarının genişlənmə qüsurları) exokardioqrafiya ilə müəyyən etmək olur.Exokardioqrafiya müayinəsi üçün öncədən heç bir hazırlığa ehtiyac duyulmur.Exokardioqrafiya müayinəsinə gələrkən rahat geyimdə olmanız məsləhətdir.Eyni zamanda exokardioqrafiya müayinəsinin keçirilməsi üçün təyinatı verən həkimi hansı müayinələrə əsasən exokardioqrafiya müayinəsi istəməsi haqqında məlumatı uzman həkimə təqdim etməyiniz məsləhət olunur.Exokardioqrafiya rutin müainədir buna görə də müayinəyə gələrkən xüsusi hazırlıq proseduruna ehtiyac duyulmur.Müayinə bitdikdən sonra cavablar xəstəyə təqdim olunur.
Medipol Mega Xəstəxanalar Kompleksi dünyanın ən inkişaf etmiş exokardioqrafiya cihazına sahibdir.3 proyeksiyalı exokardioqrafiya cihazı ürək qüsurları zamanı və 2 proyeksiyalı exokardioqrafiya cihazı isə ümumi ürək qüsurlarının dəyərləndirilməsi zamanı istifadə edilir. Müayinə bitdikdən sonra cavablar xəstəyə təqdim olunur.

Stress Exokardioqrafiya ürək tıxanmaları və ya koronar arteriya daralmaları ,ürək infarktları (miokardial infarkt ) keçirən xəstələrin tibbi müayinəsinə ehtiyac olub-olmamasının təyini üçün və ürək spazmlarının şiddətinin təyini üçün istifadə edilən müalicə metodudur.Bu metod sayəsində , asan , etibarlı texnikaya əsasən vacib nəticələr əldə edilir

Stress exokardioqrafiya sadəcə səs dalğları ilə öncə və sonrakı “streslər” yaradır.Prosedur zamanı heç bir ağrı hiss olunmur.Stress metodu treadmill cihazına uyğun olaraq başqa sözlə desək ,ürəyin tempolu işləmə qabiliyyətini ölçür. Stress exokardioqrafiya yuxarı ətrafların vena damarlarından dərmanın verilməsi ilə də həyata keçirilə bilir. Müayinə bitdikdən sonra cavablar xəstəyə təqdim olunur.

Stress Exokardioqrafiya prosedurundan öncə ;

  • Zəhmət olmasa müayinəyə gəlməzdən 4 saat öncə qida və maye qəbulunu dayandırın.
  • Zəhmət olmasa davamlı istifadə etdiyiniz dərmanların qəbulu ilə bağlı həkiminizlə öncədən məsləhətləşin.
  • Zəhmət olmasa özünüzlə rahat ayaqqabı və geyim gətirin.
  • Zəhmət olmasa daha öncə ürəklə bağlı daha öncəki müayinə nəticələrinizi də özünüzlə gətirin.
  •  

TEE müayinəsi xəstələrin döş qəfəsi nahiyəsində (ağciyər qüsurları, deformasiyaları və s.) baş verən struktur dəyişiklikləri zamanı lazımi keyfiyyətdə müayinə nəticələri əldə edilə bilmədiyi zaman və ya yüksək görüntüləmə əldə edilə bilmədiyi zaman istifadə edilən müayinə metodudur.TEE endoskopik müayinədir.Ağızdan ezofagusa daxil edilən boru yaxın qonşuluqda olan ürək müayinələrini dəqiqliklə müayinə edərək lazımi görüntülərin əldə edilməsinə şərait yaradır.Müayinənin aparılması üçün 30 dəqiqədən öncə hazırlıqlar başlanır. Müayinə bitdikdən sonra cavablar xəstəyə təqdim olunur.

Müayinəyə gəlmədən öncə;

  • Zəhmət olmasa müayinəyə gəlməzdən 4 -6 saat öncə qida və maye qəbulunu dayandırın.
  • Əgər diabetik şəkər xəstəliyiniz varsa öncədən həkimlə məsləhətləşin
  • Çənə proteziniz varsa müayinədən öncə proteziniz çıxardın
  • Əgər siz ezofagial olaraq udqunma ilə bağlı probleminiz varsa bununla bağlı öncədən həkimə məlumat verməniz xahiş olunur.
  • Daha öncəki müayinə nəticələrinizi və dərmanlarınızı özünüzlə gətirməyiniz xahiş olunur.

Müayinədən sonra;

  • 2 saat ərzində qida qəbulu məsləhət görülmür
  • Oyandıqdan sonra baş gicəllənmələri ola biləcəyindən bir neçə saat ərzində sükan arxasına oturmağınız məsləhət görülmür.

Bu metod ölkəmizin bir sıra mərkəzlərində keçirilə bilir, kongenital ürək dəlikləri , prostetik ürək qapağı çatışmazlığı olan xəstələr və 2 proyeksiyalı TEE testin aparılması çətin olan xəstələrdə həyata keçirilə bilir.Yuxarıda qeyd edilən prosedurdan öncə və sonra ehtiyat tədbirləri eynilə qalmaqdadır.

EKG holter kəmərə GSM telefon şəklində bağlanır.Döş qəfəsinə 3-4 elektord və naqillər vasitəsilə birləşdirilir ( 3-4 sm . diametrli yapışqan səthli ,plastik və yumuşaq struktura malikdir). Xəstə günlük normal yaşantısına davam edərkən cihaz ürəyin elektroplanlanması sayəsində qeydə alınmanı həyata keçirir.Zaman bitdikdə cihaz xaric edilir və kompyuterdə analiz edilir.Bu cihazla bütün ritm pozğunluqları görülməyən qısa müddətli taxokardik döyüntülər şəklində olan pozuntular, döş qəfəsi ağrıları və digər yorğunluqla bağlı xəstəliklər təyin edilə bilir.Müayinənin başlanmasından öncə davamlı istifadə edilən dərmanların qəbulu ilə bağlı həkimlə məsləhətləşin.Holter cihazı taxıldıqdan sonra xüsusilə şikayətlərə səbəb olan qəhvə qəbulu , pilləkan çıxmaq kimi vərdişlər əsasən təkrar edilməlidir.

Bu cihazlar EKG Holter cihazı kimi sıx təkrarlanmayan ritm pozğunluqlarının təyinində istifadə olunur.Cihaz xəstədə 14 günə qədər bağlı qala bilər.Cihazın xüsusiyyəti hər hansı şikayəti an olaraq qeyd edə bilməsidir (yazılım müddəti istəyə bağlı olaraq təyin edilir.)

Bu yazılım qan təzyiqi və nəbzin gün ərzində müəyyən intervallarla ölçülməsini təmin edir.24-72 saat arasında daha öncə yüksək təzyiqin rastlanmadığı xəstələrdə müayinələr aparılır.Xəstənin qan təzyiqi və nəbzi günlük aktivliyi olan yuxu, istirahət , hərəkət kimi qeyd olunur.Bu müayinə metodu sayəsində xəstənin uzun müddətli yüksək qan təzyiqi xəstəsi olub-olmadığı müəyyən edilir.Daha öncə yüksək təzyiqi diaqnozu olmayan xəstələrdə qısa müddət ərzində müalicə üçün yol alınması mümükündür.

Bu test metodu ilə uzun müddətli oturaq vəziyyətdə olan və daimi qan təzyiqi, ürək sıxılmaları, ürək getmələri kimi diaqnozla müraciət edən xəstələrə tətbiq edilir.Bu ürək getmələrin diaqnostikasında diferensial müayinə olaraq istifadə olunur.Əyri Masa testi poliklinik olaraq əyri masa üzərində həyata keçirilir.Xəstə masa üzərinə yatırılır və masa dik vəziyyətə gətirilir.Həddindən artıq qan təzyiqinin və ya ürək fəaliyyətinin anormal nəticələrinə əsasən müayinənin nəticəsi bəlli olur.

Medipol Mega Xəstəxanalar Kompleksinin Ürək Sağlamlıq Mərkəzində həyata keçirilən invaziv prosedurlar:

Bəzən həddindən artıq ürək döyüntüsünün aşağı olması və sürətin stimulyasiyasının nəticəsiz qaldığı zamanlarda xəstənin ürək döyüntüsünun normal ritmlərdə vura bilməsi üçün müvəqqəti ürək batareyaları yerləşdirilərək normal həyata davam etdirilir.Porosedur normalda lokal anesteziya vasitəsilə dğş qəfəsi və ya qasıq nahiyəsində olan geniş venalarına elektrodlarıın yerləşdirilməsi ilə baş verir.Bu prosedur yatılı halda görüntüləmə cihazının müşahidəsi altında aparılır və 20-30 dəqiqə ərzində həyata keçirilir.Müvəqqəti ürək batareyası tamamilə yerləşdirildikdən sonra batareyanın içinə yerləşdirilən naqil xaricə çıxarılır.

Dünyada milyonlarca insan ürək batareyası daşımaqdadır. Bu inkişaf etmiş kiçik cihazlar müxtəlif vəziyyətlərdə istifadə olunur;ürək qüsurları zamanı ürək fəaliyyətinin aşağı düşməsinin qarşısının alınması, ürək çatışmazlığı zamanı , ani ölümlərin qarşısının alınması üçün ürək pompalanması zamanı.Bu cihaz , yerləşdirildikdən sonra xəstənin həyat səviyyəsinin artırılması və normal həyat fəaliyyətinin qısa zaman ərzində bərpa edilməsi və bunun kimi bir sıra şikayətlərin ardan qaldırır. Normalda 3 tip ürək batareyası mövcuddur: xəstənin həyatını ürək ritminin bərpa edilməsini həyata keçirən təkli və cüt naqilli batareyalar , xəstəyə elektroşok verilməsi zamanı pompalama funksiyalarını həyata keçirərkən yüksək ritm müalicəsi zamanı istifadə edilən 3 naqilli batareyalar.Batareyalar normal həyat fəliyyətini davam edə bilməyən və ritm pozğunluğu olan xəstələrin həyat fəaliyyətini bərpa etmək üçün yerləşdirilir.Bu xəstələrə həyatlarına qaldıqları yerdən ətrafındakı normal insanlar kimi davam edə bilərlər.Onlar öz iş fəaliyyətini bərpa edə, evlərində gördükləri işə davam edə, sükan arxasında otura , səyahət edə, üzgüçülüklə məşğul ola bilər eyni zamanda cinsi fəaliyyətlərinə davam edə bilərlər.Batareya taxılan insanların hər zaman ürək batareyası vəsiqəsi yanlarında olmalıdır.Onlar səyahət etdikləri zaman qaldıqları yerə ən yaxın kliniklar haqqında məlumatlı olmalıdırlar.Batareyanın fəaliyyəti daxilə yerləşdirildikdən sonra nəzarət edilə bilər.Yerləşdirilən batareya xaricdən kompüter vasitəsilə telemetrik metodla xaricdən izlənmə imkanı verir.Bunun sayəsində xəstənin ürək fəaliyyətinin səviyyəsi, batareyanın işləmə qabiliyyəti, zamana görə ritm məlumatları batareyanın günlük işləmə qabiliyyyəti kimi məlumatlar əldə edilir.Eyni zamanda batareyanın xaricdən izlənməsi sayəsində batareyanın ürək fəaliyyəti üçün lazımi voltajının idarə edilməsi də mümkündür.Batareyanı ortalama 7 il ömrü olmaqla hər 6 aydan bir nəzarət altında olmalıdır. Ürək batareyasının son istifadə müddətinin tarixi bitmədən təyin edilməsi olduqca əhəmiyyətlidir.

Elektrofizioloji prosedurlar elektrofiziologiya/ angioqrafiya laboratoriyasında damarlara invaziv olaraq elektrod kateterlərin ürəyə yerləşdirilməsi ilə aparılan müalicədir .Ürək daxilindən əldə edilən elektrik siqnalları sayəsində kompüter üzərindən dəyərləndirmələr həyata keçirilərək normativlərin keçilməməsinə nəzarət edilir.Bunun sayəsində , əsas stimulyasiya mərkəzinin düzgün fəaliyyət göstərib-göstərilmədiyinin müəyyən edilməsi və lazımi funksiyaların təhlükəsizliyinə riayət olunub-olunmadığına nəzarət etmək mümkündür.Çox zaman yüksək ritm pozğunluğu ilə müşayiət olunan ürək çarpıntıları olan xəstələrdə bu naqillər vasitəsilə verilən siqnallar sayəsində normal həyat fəaliyyəti qısa zaman ərzində bərpa edilir, xəstələrin şikayətləri qısa zaman ərzində aradan qaldırırlır.Qısa qapanmaların mövcudluğu təyin edildikdə radiodalğalar ilə xüsusi nöqtə enerjisi ilə formalaşaraq taxikardiyanın tamamən müalicə edilməsinə imkna verir.Bu metodla sürətli ürək vurması (taxikardiya ) xəstəliyi tamamilə müalicə edilə bilir.Elektrofizioloji prosedurlar ortalama olaraq 30-60 dəqiqə ərzində həyata keçirilir.Əlavə müdaxilənin lazım olduğu hallarda müalicə proseduru 1-4 saata qədər davam edir.

Katater ablasiyası ritm pozğunluqlarını radiodalğalar vasitəsilə aradan qaldırılımasıdır.Bu metod xəstənin uzun müddətli dərmanla müalicə almaq istəmədikdə və ya dərmanla müalicə nəticə vermədikdə istifadə olunur.Bəzi hallarda, ritm pozğunluqları həyatı təhlükəyə səbəb ola bilər.Bu kimi zamanlarda , birbaşa kateter ablasiyası proseduru həyata keçirilir.Prosedur lokal anesteziya altında iynə ucunda giriş nöqtələrinin keyidilməsi və bəzi istisna hallarda ümumi anesteziya altında aparılır.Prosedur zamanı xəstənin rahatlığını təmin etmək üçün sakitləşdirici dəramanlardan da istifadə oluna bilər.Kateter ablasiyası vasitəsilə xəstənin prosedurdan əldə etdiyi müvəffəqiyyəti ürək ritm pozğunluqlarının dərəcəsindən asılı olaraq taxikardiya ritm pozğunluqlarının müalicəsi 70-100 % arasında dəyişə bilir.Prosedurun uğurlu keçdiyi halda ürək çarpıntılarının tamamən aradan qalxmasına imkan vermiş olur.Uğurlu prosedurdan sonra təkrarlana bilən ritm pozğunluqları növünə görə dəyişik ola bilər.

Məsələn; ürəyində qısa qapanma səbəbilə çarpmaları olan insanlar 3-5 % arasındadır.Medipol Mega Xəstəxanalar Kompleksində radiofrekans ablasiya metodu ilə yanaşı kryoablasiya metodu ilə aritmiya müalicələrində “koter” dondurma proseduru da həyata keçirilir.

Mitral darlıq səbəbi ilə əsasən uşaqlıq xəstəliyi adlanan “aküt revmatizmli temperatur” ilə ürək qapaqlarının tutulmalarına səbəb olan xəstəlikdir.Mitral darlıq zamanı maye qan bir hissədən digərinə keçərkən darlıq yaradır.Bu səbəbdən maye qan ağciyərlərdə toplanır.Və bu xəstənin nəfəs darlığı hiss etməsinə səbəb olur.Dərman müalicəsi orta və yüngül stenozlar zamanı qənaətbəxş olsa da ciddi darlıqlar zamanı açıq ürək əməliyyatı və ya mitral valvuloplastika həyata keçirilir.Mitral valvuloplastika qasıq damarlarından kateter vasitəsilə invaziv yolla həyata keçirilir ki, xüsusi iynə ilə ürəkdə sol atiriumdan sağ atiriuma keçidi əngəlləyir.Naqillərin hərəkəti ekranda görüntülənir.Naqillər doğru yerə yerləşdirildikdən sonra naqilin arasındakı balon daralmış ürək qapağının işərisində şişirdilərək yerləşdirilir və mümkün olduğu qədər genişlədilir.Bu prosedur uyğun xəstələrdə edildiyi zaman mitral balon müalicəsi ürək əməliyyatı keçirən xəstələr kimi eyni müvəffəqiyyət dərəcəsinə sahibdir.

Mitral valvuloplastikanın üstünlükləri;

  • Prosedur lokal anesteziya altında həyata keçirilir .Sağ və ya sol qasıq nahiyəsi keyidilərək ürəyə gedən yolun üzərində kiçik dəlik açılaraq balon yerləşdirilir.
  • Bu metod sayəsində döş qəfəsinin açılması və ürək ağciyər mərkəzinə qoşulmasına ehtiyac qalmır.
  • Prosedur bitdikdən sonra xəstə intensiv terapiya bölməsində deyil stasionar olaraq təqib edilir.
  • Xəstələrin bir çoxu ertəsi gün xəstəxananı tərk edə bilər
  • Aritmiyası olmayan və mitral balonla ürk qapağı açılan xəstələrdə prosedurdan sonra damar daraldıcı dərmanlara ehtiyac duyulmur
  • Mitral balon mitral valvuloplastkinının aparlıdığı xəstələrin 90%-də şikayətlər ortadan qalxır.Müalicə 20 ilə qədər davam edir.Xəstələrin çoxu 5-10 yaş arası olur.

Koronar angioqrafiya ürəyin qidalandırıcı koronar arter damarlarının müayinə edilməsi üçün istifadə edilən bir metoddur.Bu müayinə normalda ürək-damar cərrahiyyəsi qüsurlarına şübhə edildiyi zaman istifadə edilir.Koronar angioqrafiya koronar arteriyaların hansı nahiyələrinin daralmış və ya tıxanmış olduğunu müəyyən etmək üçün istifadə olunur.Lazım olduğu halda koronar arteriyaların daralması və tıxanmasını müalicə edir.Koronar angioqrafiya üçün qasıq və ya qol arteriyalarından istifadə olunur.İlk olaraq örtük prosedurun həyata keçirildiyi invaziv metodla fərqli kateterlər vasitəsilə yeridilir və arteriyanın girişindən opak maddə verilərək gözlənir.Koronar Angioqrafiya angio müayinə edilən nahiyələrdə görüntülənməni təmin edir.Müdaxilədən sonra, daxil edilən örtük arteriyadan çıxarılır.Qanamanın durdurulduğu yerdə təzyiq təmin edilir.Sıx bandajla bağlandıqdan sonra xəstə yatağına aparılır.Koronar angioqrafiya başladığından 20-30 dəqiqə sonra sonlandırılır.Daha sonra angio otağına aparılır.Bəzi hallarda( bypass xəstələrində, daha öncə ürək əməliyyatı keçirən xəstələrdə) bu proses daha uzun müddətli davam edə bilər.Xəstə koronar angiqorafiya üçün xəstəxana girişi etməlidir. Prosedurdan 6 saat sonra həkim uyğun gördüyü halda xəstə xəstəxananı tərk edə bilər.Bu xəstələr qısa zaman ərzində ayağa qalxa bilər.Koronar angioqrafiya müayinəsinə müraciət edən xəstələr bir neçə gün əvvəl angi assistentlərinə müraciət etməli və gəlmədən öncə hazırlıq görülməlidir.

PTCA və ya stent metodu ilə koronar angioqrafiya zamanı təyin edilən daralmalar və ya tıxanmaların müalicə metodudur.PTCA və ya stent giriş nahiyəsinə lokal anesteziya ilə koronar angioqrafiya kimi angio laboratoriyasında həyata keçirilir, prosedurun davam müddəti dəyişkən olur.Prosedurun sonunda həkimin göstərişinə əsasən stasionar servisə alına bilir.Koronar arter balon angioplastikası xüsusi materiallar əsasında hazırlanır.Əvvəlcə kateter daxilində guidwire sayəsində genişləndirilərək invaziv nahiyəyə yerləşdirilir. Balon guidwire-in arası ilə hərəkət edərək xəstə nahiyəyə çatır. Sonra balon maye xaricində şişirdilərək lazım olan nahiyənin açılması üçün imkan yaradır və ən sonda prosedur tamamlandıqdan sonra nəzarət edilir.

Nadir hallarda kateterin rahat yerləşdirilməsi baş verə bilər.Bundan başqa təkrar maneə riskini azaltmaq məqsədilə 95% xəstələrdə bu metoda üstünlük verilir.Əvvəllər paslanmayan metaldan hazırlanan xüsusi örtüklü stentdən istifadə edilirdi.Son zamanlarda dərman örtüklü müasir texnoloji stentlərdən istifadə olunur.Düzgün müalicənin təyin edilməsi üçün xəstəlikdən asılı olaraq müalicə həkimi qərar verir. PTCA stent bir günlük xəstəxana yatışına ehtiyac duyulan metoddur.Xəstə həkimin razılığından sonra evə buraxıla bilər. Mümkün olduğu dərəcədə stresli vəziyyətlərdən, seksual əlaqələrdən 2-15 gün ərzində uzaq durmaqla ortalam 15 günlük istirahət rejimində olmaq lazımdır.Digər istirahət , səyahət kimi planları müalicə həkimi ilə əlaqə yaradaraq məsləhətləşmək lazımdır.Koronar angioqrafiya proseduru rutin olaraq qasıq nahiyəsindən ana damar vasitəsilə həyata keçirilərkən radial arteriyadan istifadə olunur.Eyni zamanda bizim klinikamızda yalnız koronar arteriyalar deyil eyni zamanda renal və ayaq arteriyalarından da hesab edilən periferik arteriyalarından da balon və digər növ stentləmə prosedurları həyata keçirilə bilər.

Kardiak kateterizasiya eyi zamanda venoz müdaxiləyə ehtiyac olan qol və qasıq arteriyalarından təsis edilərək koronar angioqrafiya prosesinə bənzər müayinə metodudur. Kardiak kateterizasiya ürək quruluşu ilə bağlı və ya kongenital, anormallıqlar və ya ürək dəlikləri qüsurları kimi müxtəlif müalicə üsulları üçün nəzərdə tutulan metoddur. Kardiak kateterizasiya normalda 30 dəqiqə müddətində davam edir.Prosedurdan sonra arteriya və vena damarlarında qanaxma durdurulduqdan sonra çıxarılır.Sıxlaşdırma bandajı ilə bağlanaraq xəstə yatağa alınır.Prosedurdan 6 saat ərzində xəstə yatılı halda olur.Xəstə dincəldikdən sonra həkimin göstərişinə əsasən mərkəzi tərk edə bilər. Kardiak kateterizasiya və koronar angioqrafiyada həyat riski olduqca aşağıdır. Kardiak kateterizasiya müayinəsinə müraciət edən xəstələr bir neçə gün əvvəl angioqrafiya assistentlərinə müraciət etməli və gəlmədən öncə hazırlıq görülməlidir.

Ürək infarktı keçirən xəstələrin bir çoxunda yüz faiz tamamən tıxalı arteriyaların müalicəsi üçün istifadə edilən metoddur.Yüz faiz tamamən tıxalı koranar arteriyaların əməliyyatsız balon və stentləmə proseduru illə açılması yalnız Türkiyənin ən qabaqcıl ürək xəstəlikləri müalicəsi ilə məşğul olnan Medipol Mega Sağlamlıq Kompleksinin Ürək Sağlamlıq Mərkəzində həyata keçirilir.Bizim kilinikada bu sahədə ən təcrübəli heyətə sahib olaraq ən çox xəstə alan mərkəzdir.

Bu metod qısa yolla TAVİ adlanır.Prosedur kateterizasiya metodu ilə ürək əməliyyatı keçirmədən aorta qapağının yerləşdirilməsi əməliyyatıdır.Bütün dünyada və bizim ölkədə bioloji ürək qapağı dəyişimi bu yolla həyata keçirilir, bu bioloji qapaq stent örtüyünün daxilinə yerləşdirilir və stent lazım olan yerə çatdığında qapaq açılaraq yerləşdirilir. İki müxtəlif kateterizasiya texnikası bu prosedur zamanı istifadə olunur: Birinci texnikada kateter qasıq arteriyasından daxil edilərək angioqrafiya proseduru kimi ürəyin dəyişilməli olan qapaq nahiyəsinə yerləşdirilir.Digər texnika qasıq və ya abdominal bölgədə olan arteriyalardan daxil edilərək ürək tıxanıqlığının müalicəsi metoduna bənzər şəkildə ürək qapağının yerləşdirilməsidir.Bu metodda təxmini olaraq döş qəfəsi nahiyəsində 4-5 sm .kəsik edilərək kateter yolu ilə ürəyə qapaq yerləşdirilir.Hər iki metod həyata keçirildiyi zaman ürəyin dayandırılması və açıq ürək əməliyyatı prosesi həyata keçirilmir.Prosedur ümumi anesteziyaya etiyac qalmadan lokal anesteziya altında həyata keçirilir.TAVİ prosedurundan sonra xəstə koronar intensiv terapiya bölməsinə alınır.Xəstəyə qan axmanın qarşısını alacaq dərmanlar verilərək 4-5 gün ərzində xəstəxana şəraitində nəzarət altında saxlanılır.Xəstə müddət bitidikdən sonra evinə qayıda bilər və bir neçə gündən sonra normal həyatına qayıda bilər.

TAVİ normal olaraq açıq ürək əməliyyatı və qapaq əməliyyatı üçün riskli xəstələr qrupuna məsləhət görülür.Bu səbəbdən xüsusilə çox yaşlı ağciyər, qaraciyər və ya böyrək funksiyalarını itirmiş xəstələrdə, daha öncə açıq ürək əməliyyatı keçirən xəstələrdə TAVİ metodu ilə əməliyyat effektiv olaraq məsləhət görülür.

Daha öncələr ürək daxilində olan dəliklərin əməliyyatı üçün açıq əməliyyat yolu ilə xaricdən geniş kəsimlər edilərək cərrahi müdaxilələr edilirdi.Kongenital ürək dəlikləri olan xəstələrdə ürək normal funksiyasını bərpa edə bilmir və bu zaman təmiz qanla kirli qan bir-birinə qarışır.Bizim klinikamızda qasıq arteriyasından daxil olaraq heç bir açıq cərrahiyyəyə ehtiyac qalmadan kateterizasiya metodu ilə ürək dəliklərinin qapanması həyata keçirilir.Bizim xəstələr prosedurdan 48 saat sonra normal həyat fəaliyyətinə qayıda bilərlər.

Bu endovaskulyar metod açıq cərrahiyyə üçün riskli olan xəstələr üçün nəzərdə tutulur.Bu metod hər xəstədə həyata keçirilə bilməz çünki xəstə endovaskulyar metodla anevrizm əməliyyatı üçün uyğun olmalıdır.Bu əməliyyat hər xəstə üçün nəzərdə tutulmayaraq təcili cərrahiyyə tələb edən ruptur anevrizmalarda istifadə edilir.Prosedur lokal anesteziya altında həyata keçirilir.Bununla belə kateterizasiya texnikasının şərtləri altında həyata keçirilən əməliyyat metodur.Bu səbəbdən, əməliyyat hibrid əməliyyat otağı adlanan şəraitdə aparılır ki, hər iki əməliyyat otağı kateterizasiya müalicəsinə uyğun inkişaf etmiş görüntüləmə cihazları sayəsində böyük imkanlar təmin edir

EVAR: Bu endovaskulyar müalicə metodu qasıq damarından girilərək anevrizmanın abdominal damarların aorta bölgəsində meydana gələn xəstəliyin kateterizasiya yolu ilə stent müalicəsidir.

TEVAR: Bu endovaskulyar müalicə metodu qasıq damarından girilərək anevrizmanın döş qəfəsi damarların aorta bölgəsində meydana gələn xəstəliyin kateterizasiya yolu ilə stent müalicəsidir

Qan təzyiqinin yüksəlməsinə səbəb olan böyrək damarlarını ətrfında “simpatetik” adlanan sinirlər vardır.Bu simpatetik sinirlər anesteziyaya ehtiyac qalmadan angioqrafiya metoduna bənzər damar içindən xüsusi müalicə məhsullarını kateter yolu ilə daxil edilməsidir.Yüksək təzyiqə səbəb olan simpatetik sinirlərin bu kateterizasiya yolu ilə müalicəsi Renal Simpatetik Denervasiya adlanır.Bu metod uğurla ağır əməliyyat keçirən xəstələrdə əməliyyat sonrası həyat fəaliyyətinin artırılmasına ehtiyac duyulduğu zaman nəzərdə tutulur.Renal Denervasiya metodunun uğurunun 80-90 %-i qan təzyiqi dərmanları qəbul edən xəstələrin qan təzyiqinə nəzarətini təmin etməkdədir.

Medipol Mega Xəstəxanalar Kompleksinin Nüvə Tibb Mərkəzində aparılan prosedurlar:

Stress altında və ya dinlənmə zamanı miokard qanaxma bu metodla müayinə olunur.Ürək qidalandırıcı damarlarda tıxanıqlığın olub-olmadığı, funksional pozuntuların mövcudluğu bu metodla təyin edilir.Bu test stress testdən olduqca həssas testdir.İlk olaraq xəstəyə intra venoz radioaktiv maddə verilir və dinlənmə görüntüləri qama kamera ilə görüntüləmə cihazında əldə edilir. Daha sonra xəstəyə dərman verilərək stress test və ya treadmill üzərində yeridilir.Görüntülər yenidən qama kamera vasitəsilə əldə edilir.Radioaktiv maddə ürək və miokarda çatır.Bu maddə atereskleroz olduğu yerlərdə daha az istifadə edilir.Qama Kamera cihazın görüntüləmə sahəsidir.O ürək ətrafında müəyyən dövrlərdə hərəkət edərək ürəkdən gələn radioaktiv siqnalları kompüterə ötürür.Kompüter əldə edilən siqnalları rəngli görüntülərə çevirərərək bədən üzrə bötövlükdə qan təmini analizinin nəticəsini verir.

Hansı xəstəliklər zamanı miokardın perfuziya sintiqrafiyası istənilir; ürək səbəbilə döş qəfəsində yaranan ağrılarla bağlı sıxılmalar, koronar balon angioplastikası sonrası ,miokard infarktından sonra miokard fəaliyyətinin ölçülməsi, ürək-damar riskli xəstələrinin xəstəliklərinin təqibi, koronar bypass cərrahiyyəsi keçirən xəstələrin miokard infarkta meyilliliyinin olub-olmadığının təyini üçün bu müayinə metodundan istifadə oluna bilər.

Medipol Mega Xəstəxanalar Kompleksinin Radialogiya Şöbəsində keçirilən prosedurlar:

Koronar KT Angioqrafiya

Kompüter tomoqrafiyası ilə koronar angioqrafiya metodu “Multi Detektor- multi kəsim-KT” metodu ilə çox kəsimli görüntüləri hər hansı kateter və ya görüntüləmə dərmanına ehtiyac qalmadan sadəcə nəfəs tutma müddəti içində həyata keçirilən üsuldur. Bu KT koronar Angioqrafiya yeni innevativ görüntüləmə metodu olmaqla yanaşı qansız və ağrısız olmaqla klassik angioqrafiyadan olduqca üstündür.Bu metodda xəstəxana yatışına ehtiyac duyulmur.Xəstə gündəlik həyatına prosedur bitdikdən sonra davam edə bilir.Bu sistem daha öncə damar müdaxiləsi görmüş və ya normal, klassik angioqrafiya keçən xəstələrdə həyata keçirilir.256 kəsimli KT Koronar Angioqrafiya cihazı Türkiyədə Medipol Mega Xəstəxanalar Kompleksində xəstələrin xidmətinə açıqdır.

Kardiak MRT

Periakardik ürək qüsurları olan, ürək qapağı , miokard dəyişiklikləri , ürək arteriyalarının genişlənməsi və bir sıra koronar xəstəliklərin təyini üçün xəstələrə asanlıqla dərmansız tətbiq edilə bilən müayinə metodudur.Prosedurun müddəti təxminən 40 dəqiqə ərzində davam edir və heç bir görüntüləmə dərmanının müdaxiləsinə ehtiyac duyulmur.

Bi-Plan rəqəmsal düz panelli Anjioqrafiya

Bi-Plan rəqəmsal düz panelli Anjioqrafiya

Pediatrik Kardiologiya və Endovaskulyar radiologiya tətbiqlərində çox aşağı doza və çox yüksək görüntü keyfiyyəti ilə ən təsirli və sürətli nəticələr əldə edilir.

Kardiak SpeKT

Kardiak SpeKT

5 dəqiqədən daha qısa müddətdə tam ürək çəkilişi edilə bilən sintiqrafiya sistemidir. Solid State Detektoru ilə hərəkətsiz və mərkəzlənmiş; kollimasiya sistemi ilə isə dörd qat daha sürətli və aşağı dozalı çəkilişlər aparılır.

Monoplan Rəqəmsal Düz Panel Kardiak Angioqrafiya sistemi

Monoplan Rəqəmsal Düz Panel Kardiak Angioqrafiya sistemi

MONO-PLAN RƏQƏMSAL FLAT PANEL ÜRƏK ANGİOQRAFİYA SİSTEMİ