Otaqlar- Qida & İçkilər

SAĞALDAN MODERN XƏSTƏXANA MEMARLIĞI

 

Medipol Universitet Xəstəxanası,xəstə və yaxınlarının özlərini daha yaxşı hiss etmələri üçün “Sağaldan Xəstəxana Memarlığı” və xüsusi peyzajı ilə digər xəstəxana memarlığından fərqlənməsi ilə dünyada nümunəvi bir kompleksdir.Medipol Universitet Xəstəxanası,15 min m2-lik bağ sahəsi,26 min m2-lik 5 mərtəbəli yeraltı avtoparkı,1.500 nəfərlik məşğulluq tutumu və 100 min m2-lik bağlı sahəyə sahibdir.

Medipol

OTAQLARDA XƏSTƏ RAHATLIĞI

Xəstələrin komfort və rahatlığını ön planda tutan Medipol Universitet Xəstəxanası xəstə və yaxınlarını ev şəraitində qəbul etməkdədir.Rahat və modern fiziki sahələri,bağçalı teras suit,suit və sadə otaqları olmaqla cəmi 470 çarpayı mövcuddur.Otaqlarda mövcud olan LCD ekran ilə xəstələr multimedia (TV ,DVD,internet) xidmətlərindən istifadə edə bilərlər.Otaqlarda xəstə və yaxınlarının ehtiyacı olan modern həyata aid hər cür komfortla yanaşı keyfiyyətli yemək xidməti də göstərilməkdədir.

İBADƏTXANA

Xüsusi memarlıq üsulu ilə hazırlanan 600 nəfərlik geniş və rahat ibadətxanada ,dördkünc tavanlı məkanı qübbə ilə bağlamaq mənasına gələn “türk üçküncü”üsulu istifadə olunmuşdur.Bu xüsusi dizaynlı,geniş ibadətxanada xəstələr və yaxınları ibadətlərini rahat yerinə yetirir.

Medipol

5 ULDUZLU BİR KAFE/RESTORAN;POLİN

Medipol Universitet Xəstəxanası yaşayış sahəsi daxilində yer alan Polin Kafe/Restoran,qonaqlara xüsusi ləzzətli yemək menyusu təqdim edir, modern və yüksək səviyyədə dincəlmələrini təmin edir.

Professional və təcrübəli heyəti ilə qonaqlarına gün içində Türk və dünya mətbəxindən sağlam və ləzzətli yeməklər təqdim edən Polin Kafe /Restoran , xəstəxananın rahat və xüsusi yeridir.

XÜSUSİ HELİPORT SAHƏSİYLƏ SƏRHƏD TANIMAYAN BİR XİDMƏT…

Medipol Universitet Xəstəxanası,hər ağırlıqdakı vertalyotları daşıyabiləcək gücdə,ən təcili vəziyyətlərdə ölkədaxili və ölkəxaricindən ən sürətli xəstə transferini təmin edən,xüsusi memarlığa sahib heliport sahəsi ilə rahat çatıla biləcək xəstəxanadır

Medipol

SON TEXNOLOGİYA TƏHLÜKƏSİZLİK XİDMƏTİ

Medipol Universitet Xəstəxanasında müəssisə və xəstə təhlükəsizliyini təmin etmək məqsədi ilə 7/24 təhlükəsizlik xidməti göstərir.Mərkəzi sistem otağı ,şərikli istifadə sahələrindəki son texnologiya cihazı olan kameraları,X-ray nəzarət keçid sistemi və təhsilli/mütəxəssis heyəti ilə Medipol Universitet Xəstəxanası təhlükəsiz xidmət göstərməkdədir.