Onkologiya ( Xərçəng Müalicəsi)

Türkiyənin ən böyük xüsusi tibbi yatırımı olan Medipol Universitet Xəstəxanası tərkibində yer alan Onkologiya Xəstəxanası xərçəng xəstəlikləri ilə əlaqədar müxtəlif problemlərə qarşı sahələrində mütəxəssis ,təcrübəli heyət və son texniki təchizatlı quruluşu ilə dünya standartlarında 7 gün 24 saat diaqnoz və müalicə xidmətləri göstərir.

Medipol UniversitetiOnkologiyaXəstəxanasıtərkibində Medikal Onkologiya,Radiasiya Onkologiyası,PediatrikOnkologiya,Sümük iliyi-kök hüceyrə nəqli,Aferez bölməsi,Nüvə tibbvə tam təchizatlı laboratoriyalar mövcuddur.

ÜMİD BİZİMLƏDİR…

 

 

XƏRÇƏNGİN DİAQNOZ VƏ MÜALİCƏSİNDƏ YÜKSƏK İNTİZAMLI HEYƏTİN MÜNASİBƏTİ VƏ ŞƏXSƏ İNDİVİDUAL MÜALİCƏ

Xərçəng, nəzarətsiz artım və anormal hüceyrə yayılması xüsusiyyəti göstərən, insanı bioloji, psixoloji, ictimai və iqtisadi istiqamətləri ilə təhdid edən xəstəliklər qrupu olaraq tanınır.Xroniki xəstəliklərə aid edilən xərçəng, rastlanma tezliyi və yüksək faizlə ölümlərə yol açması səbəbindən dövrümüzün başlıca sağlamlıq problemlərindən biridir.

Xərçəng diaqnozu, hətta ehtimalı belə insanların homeostatic tarazlığını tamamilə sarsıdır.Xərçəng müalicəsi ilə əlaqədar son illərdəki inkişafa baxmayaraq xəstəliyə yüklənən mənfi fikirlər və tətbiq olunan sıx müalicələr xəstələrdə bir çox problemlərin yaranmasına səbəb olur.Bu səbəbdən, meydana gələn əlamətlərin nəzarət altına alınması və insanın xəstəliyi ilə bərabər həyatdan zövq almağının təmin edilməsi daha çox əhəmiyətlidir.

Xərçəng kimi xəstəliklər yalnız toxuma və hüceyrələrdə struktur və funksional olaraq anormal dəyişikliklərin yaratdığı bir vəziyyət olmayıb,insanın fiziki, mənəvi, sosial, ruh dünyasına təsir göstərən biryaşam,şəxsiyyət və varolma böhranı səbəbiylə həyat səviyyəsinə təsir edən amildir.Diaqnoz bəlli olduqda həmçinin müalicə və müalicədən sonra bir çox amillərdən asılı olaraq xərçəng xəstələrinin həyat səviyyələri bir sıra təsirlərə məruz qalır.

Medipol Universiteti Onkologiya Xəstəxanasında xərçəng xəstələrində xəstəlik müddəti və müalicə ilə bağlı yaranan çətinliklər,holistic(bütöv) olaraq ələ alınır və aradan qaldırılmağa çalışılır.Bölmədə xəstələrə istiqamətlənən diaqnoz və müalicə xidmətləri və psixososial dəstək xidmətləri verilir.Eləcə də xəstəxana daxilində həftədə 2 dəfə şiş mövzusunda iclas qurularaq, vəziyyəti yüksək intizamlı qiymətləndirmə tələb edən onkoloji xəstələrin müalicə müddəti planlaşdırılır. Kimyaterapiya planlanan xəstələrin müalicələri,xəstəxana tərkibindəki kimyaterapiya bölməsində təmin edilir.Xərçəng,təsiri və müalicə müddətinə qayğı səbəbi ilə xəstələrin yaşadığı ruhi çətinliklər,xəstələrin psixososial vəziyyətini nəzərə alaraq aradan qaldırılmasına çalışılır.

BÖYÜK ÜMİDLƏR

YENİ NƏSİL AĞILLI TEXNOLOGİYA VƏ HƏDƏFƏ YÖNƏLMİŞ XƏRÇƏNG MÜALİCƏSİ

Medipol Universiteti Radiasiya Onkologiyası bölməsində son texniki cihazlar və mütəxəssis elmi heyət ilə xərçəng müalicəsinin tətbiqi uğurla həyata keçirilir.

Radioterapiya ,yüksək enerjili radiasiyanın istifadəsi ilə xərçəng hüceyrələrini öldürməyi məqsəd bilən bir müalicə üsuludur.

Radioterapiya ,xərçəng hüceyrəsi ilə bərabər normal hüceyrələrə də təsir göstərər,yəni müalicə planlaşdırılması yan təsirləri ən aza endirəcək şəkildə diqqətlə və təcrübəli əllərdə edilməlidir.

Xərçəng müalicəsi zamanı tətbiq edilən radioterapiya ,bir cihaz köməyi ilə xaricdən verilmə imkanı ilə yanaşı şiş hüceyrələrinin daxilinə və ya yaxınına yerləşdirilən radioaktiv maddələr ilə də mümkündür.

Xəstələr xərçəng növləri ilə əlaqədar olaraq əməliyyatdan əvvəl ,əməliyyat zamanı və ya əməliyyatdan sonra radioterapiya ala bilərlər.Radiasiya müalicəsinin tətbiq edilmə üsulunu radiasiya onkologiyası qərar verir. Bu qərar bir çox faktora bağlıdır ;

 

  • Xərçəngin növü
  • Xərçəngin mərhələsi
  • Xərçəngin vücud daxilində yerləşdiyi yer
  • Xərçəngin radiasiyaya həssas olan normal toxumaların nə qədər yaxında olması
  • Radiasiyanın hədəflənən yerə çatması üçün nə qədər yolun olduğu
  • Xəstənin ümumi tibbi vəziyyəti və medikal məlumatı
  • Xəstəyə daha hansı növ xərçəng müalicələrinin tətbiq olunacağı
  • Xəstənin yaşı və digər tibbi vəziyyəti kimi digər faktorlar

Radioterapiya ayrıca və ya kimyaterapiya ilə birlikdə tətbiq edilə bilər.

Gamma Knife

Gamma Knife

Beyin xəstəliklərində hədəf mərkəzli əməliyyatsız yeganə müalicə növü

Varian Trilogy Lineer

Varian Trilogy Lineer

Varian Trilogy Lineer sürətləndirici və Eclipse planlaşdırma sistemi ilə 2 və 3 ölçülü ,kompleks və konformal müalicələrdən ən inkişaf etmiş İMRTT müalicələrinə və son illərdə inkişaf etmiş RapidArc müalicə üsuluna qədər bütün texnikaları İGRT texnikası ilə birləşdirərək tətbiq etmək mümkündür.

Truebeam

Truebeam

Varian Tibbi sistemlərin inkişaf etmiş radioterapiya cihazıdır.Bu cihaz çox güclü nöqtəvari dəqiqlik və böyük bir həssaslıqla yalnız şişə radiasiya verəcək şəkildə hazırlanmışdır. Ətraflı görüntü alma xüsusiyyəti ilə şiş hərəkətini birləşdirərək dəqiq doğruluqda müalicə tətbiq etmək imkanı yaradır.Sürətli müalicə xüsusiyyəti ilə ağciyər,qaraciyər,baş-boyun,prostat xərçənginin müalicəsində yeni qapı açır.

Cyber Knife

Cyber Knife

Cyber Knife M6 ilə ağciyər, prostat,qaraciyər,mədəaltı vəz ,beyin, onurğa iliyi başda olmaqla bədənin hər hansı bir yerində olan şişlər müalicə edilir.