Radiasiya Onkologiyası

BRAKİTERAPİYA

BRAKİTERAPİYA

Brakiterapiya,radioaktiv mənbələrin vücud boşluğuna və ya toxuma arasına (müvəqqəti)yerləşdirilərək həyata kecirilən bir şüa texnologiyasıdır.Xüsusilə ginekoloji xərçənglərdə brakiterapi ;ətraf toxumalara ən az zərərlə müalicənin təsirini təmin edir.Eksternal müalicədən əvvəl və ya sonra tətbiq edilərək daha lokal bir bölgəyə yüksək dozalar verilib daha yaxşı şiş nəzarəti təmin edilir.Şiş ətrafındakı həssas toxumaya az doza verildiyi üçün normal toxuma fəsadları ehtimalı minimuma enir.

Gamma Knife

Gamma Knife

Beyin xəstəliklərində hədəf mərkəzli əməliyyatsız yeganə müalicə növü

Varian Trilogy Lineer

Varian Trilogy Lineer

Varian Trilogy Lineer sürətləndirici və Eclipse planlaşdırma sistemi ilə 2 və 3 ölçülü ,kompleks və konformal müalicələrdən ən inkişaf etmiş İMRTT müalicələrinə və son illərdə inkişaf etmiş RapidArc müalicə üsuluna qədər bütün texnikaları İGRT texnikası ilə birləşdirərək tətbiq etmək mümkündür.

Truebeam

Truebeam

Varian Tibbi sistemlərin inkişaf etmiş radioterapiya cihazıdır.Bu cihaz çox güclü nöqtəvari dəqiqlik və böyük bir həssaslıqla yalnız şişə radiasiya verəcək şəkildə hazırlanmışdır. Ətraflı görüntü alma xüsusiyyəti ilə şiş hərəkətini birləşdirərək dəqiq doğruluqda müalicə tətbiq etmək imkanı yaradır.Sürətli müalicə xüsusiyyəti ilə ağciyər,qaraciyər,baş-boyun,prostat xərçənginin müalicəsində yeni qapı açır.

Cyber Knife

Cyber Knife

Cyber Knife M6 ilə ağciyər, prostat,qaraciyər,mədəaltı vəz ,beyin, onurğa iliyi başda olmaqla bədənin hər hansı bir yerində olan şişlər müalicə edilir.