Nüvə Tibb Mərkəzi

Xəstəliklərin görüntülənməsində və müalicəsində izlənən texnoloji inkişaflar ilə artıq xəstələr və fizioloji hadisələr molekulyar səviyyədə görüntülənir və fərdi şəkildə hədəfə istiqamətli müalicələr planlaşdırılır.

Nüvə tibbi araşdırmalar xəstəyə narahatlıq vermədən edilə bilən asan araşdırmadır.Ehtiyac olduqda istifadə edilən dərmanlar hər hansı bir vücud funksiyasını dəyişdirir və böyrək narahatlığı daxil olmaqla hər yaş qrupunda etibarla istifadə edilir.

Medipol Universitet Xəstəxanası Nüvə Tibb mərkəzində PET/KT(16 kəsim),ürək qamma kamera və SPECT/KT cihazları mövcuddur.
 

PET/KT

Mərkəzdə mövcud olan müasir PET/KT sistemi ilə daha az radiasiya verilərək daha yüksək nəticələr və daha keyfiyyətli görüntülər əldə edilir.

Bu görüntü ilə bütün vücudda xərçəng hüceyrələri araşdırılır və xəstəliyin yeri ,yayılma dərəcəsi,digər orqanlara yayılıb yayılmaması və xüsusiyyəti (xoş və ya bəd xassəli,xəstəliyin təkrarlanması) tətbiq edilən müalicənin təsir edib etmədiyi suallara cavab verir.Şüa müalicəsi ,tətbiq ediləcək xəstələrdə həqiqi şiş toxumasının yerini göstərən müalicəyə istiqamət verir.Bu inkişaf etmiş texnologiya ,beyin xəstəliklərinin (demans və epilepsiya) və ürək toxuma canlılığının göstərilməsi kimi xərçəngdən başqa xəstəliklərdə də istifadə edilir.

Mərkəzdə PET/KT cihazının özəllikləri sayəsində xəstə çəkim zamanı tavanda yerləşdirilən xüsusi səma peyzajına baxır. Bunun sayəsində klaustrofobiyası olan xəstələr daha rahatlıqla müayinəyə alınırlar.


ÜRƏK GÖRÜNTÜLƏMƏ

Ürək əzələsinə çatan qan miqdarı qiymətləndirilərək insanda koronar damar xəstəliyinin (KAH) olub- olmadığını müəyyən etməyə köməklik göstərən bir üsuldur.

Mərkəzdə mövcud olan qamma kamera ,sadəcə ürək sintiqrafiyası üçün xüsusi hazırlanmış bir texnologiyadır.Türkiyədə 3 ədəd olan bu sistem yüksək texnoloji quruluşu ilə digər qamma kameralardan fərqlənir.

Xəstələrin qəbul etdiyi radiasiya miqdarı 4 qat azalır ,cihazda keçirtdiyi müddət 4 qat azaldılır(3 dəqiqəyə yaxın) və əldə edilən görüntülərin keyfiyyəti kifayət qədər artır.Cihaz xəstənin rahatlığı üçün geniş və açıq memarlığa sahib olub,klostrofobiyası olanların rahatlıqla istifadə edə biləcəyi şəkildədir.

Bu araşdırmada,gərginlik testinin sonunda (məşq və ya farmakolojı) damar yolu ilə görüntü çəkilir.Xəstəyə verilən dərman ,böyrək çatışmazlığında və hər yaş qrupunda etibarla istifadə edilir.


İŞARƏLİ LEYKOSİT SİNTİQRAFİYASI

Türkiyədə çox az sayda edilən işarəli leykosit sintiqrafiyası Medipol Universiteti Xəstəxanası Nüvə Tibbi Mərkəzində təkrarlanan bir kliniki tətbiq halına gəlmişdir.Mərkəzdə sadəcə çox az sayda xəstəxanada olan leykosit hüceyrələrin işarələnməsi üçün xüsusi hüceyrəvi işarələmə otağı mövcuddur.Hüceyrə işarələmə əməliyyatı Avropa standartlarında edilir.Bu əməliyyat ilə infeksiya mərkəzinin düzgün müəyyən edilməsi mümkün olur.İşarəli leykosit sintiqrafiyası ,səbəbi bilinməyən hərarət ,sümük və yumuşaq toxuma infeksiyalarında ,protez infeksiyalarında, metal implantlar ,ətrafdakı infeksiya mərkəzlərinin müəyyən edilməsinə qədər geniş bir xəstə qrupunda istifadə edilir.


DİGƏR SİNTİQRAFİYALAR

Hər nüvə tibbi mərkəzdə mövcud olan SPECT/KT cihazı vasitəsilə,leykosit sintiqrafiyası,sümük sintiqrafiyası,paratiroid sintiqrafiyası və sentinel lenfoma nodu araşdırılması başda olmaqla bir çox nüvə tibbi araşdırmaların xüsusiliyini artırmaq mümkündür.Bu xüsusilik daha dəqiq və düzgün görüntülər əldə edilməsini təmin edir.

  • Sümük sintiqrafiyası
  • Dinamik və statik böyrək sintiqrafiyası
  • Sentinel linfa nodu sintiqrafiyası və intraoperativ qamma prob tətbiqi
  • Tiroid və paratiroid sintiqrafiya
  • Vezikoüreteral reflu sintiqrafiyası

TİROİD XƏSTƏLİKLƏRİ DİAQNOZ,MÜALİCƏ VƏ MÜŞAHİDƏ

Günümüzdə ekoloji təsirlər və həyat şərtləri səbəbi ilə xərçəng xəstəliyi geniş yayılır.Tiroid vəzidən kök salan xərçənglər erkən diaqnoz ilə böyük ölçüdə müalicə edilə bilən xəstəlikdir.

Radioaktiv yod (131l) istifadə edilən ən yaxşı hədəfə istiqamətli müalicələrdən biridir.Bu müalicələr ehtiyac olduqda uşaqlar da daxil olmaqla hər yaş qrupunda etibarla istifadə edilə bilər.Ümumiyyətlə aşağı miqdar müalicəsi ilə yüksək miqdar müalicəsi anlayışları cəmiyyətdə qarışdırılır.

Xərçəngdən başqa digər tiroid xəstəliklərinin müalicəsində xəstələrə aşağı müqdar müalicə (<20mCi) tətbiq edilir.Bu müalicələrdə xəstənin xəstəxanada qalmasına ehtiyac yoxdur.Müalicə üçün verilən yod əməliyyat olmadan aktiv düyünlərin və çox işləyən tiroid vəzinin susdurulmasını təmin edir.

Xərçəng xəstəliklərində əməliyyat sonrasında yüksək miqdarlı yod ilə ablasyon təqbiq edilir.Bu müalicədə xəstənin 2 gün müddətində xüsusi olaraq hazırlanmış otaqlarda qalması lazımdır.Mərkəzdə iki ədəd rahat yod müalicə otağı mövcuddur.