Ürək-Damar Cərrahiyyəsi

Medipol Universitet Xəstəxanası tərkibində xidmət göstərən Ürək-Damar Cərrahiyyəsi Xəstəxanası ,Türkiyədə və dünyada xüsusi uğurlara imza atmış sahələrində mütəxəssis,təcrübəli heyəti və son texnologiyası ilə təchiz olunmuş modern quruluşu ilə ,erkən doğulandan yuxarı yaş qrupuna kimi ürək sağlamlığı ilə əlaqədar yarana bilən hər hansı problem üçün 7 gün 24 saat xidmət göstərir.

Dünya standartlarında tibbi xidmət göstərən xəstəxana,tam ağıllı sistemlərlə təchiz olunmuş quruluşu və texnologiyası ilə Türkiyədə tibb sahəsində yaradılmış ən əhəmiyyətli sərmayədir.

Medipol Universiteti Ürək – Damar Cərrahiyyəsi Xəstəxanasına verdiyi sərmayə ilə həm milli həm də beynəlxalq arenada qabaqcıl mərkəz olacaq

KALBE DAİR NE VARSA!

DÜNYA STANDARTLARINDA BİR DONANIM VE GÜÇLÜ AKADEMİK KADRO…

Medipol Üniversitesi Kalp Damar Cerrahisi Hastanesi, kalp sağlığını korumak, kalp hastalıklarını teşhis ve tedavi etmek amacıyla dünya standartlarında bir donanım ve altyapıya sahiptir. Yenidoğan bebeklerden, en ileri yaşlardaki erişkinlere kadar her türlü kalp hastasına teşhis ve tedavi imkanı sağlanmış bulunmaktadır.

Branş hastanesinde, kalp hastalarına muayene, teşhis, tedavi, rehabilitasyon ve coroner yoğun bakım konularında hizmet verilmektedir.
 

MEDİPOL UNİVERSİTETİ ÜRƏK-DAMAR CƏRRAHİYYƏSİ XƏSTƏXANASINDA HƏYATA KEÇİRİLƏN KARDİOLOJİ MÜAYİNƏLƏR;

  • Elektrokardioqrafiya (EKG)
  • EFOR (treadmill) testi
  • Transtorasik Exokardioqrafiya(EKO)
  • Üç mərhələli Transtorasik Exokardioqrafiya
  • Stres Exokardioqrafiya
  • Transozofageal Exokardioqrafiya(TEE) Testi
  • 3 mərhələli Transozofageal Exokardioqrafiya (TEE)Testi
  • Ritm (EKG)Holter
  • Event recorder (hadisə qeyd edən)
  • Təzyiq Holter
  • Tilt Table Testi(əyri masa testi)

MEDİPOL UNİVERSİTETİ ÜRƏK – DAMAR CƏRRAHİYYƏSİ XƏSTƏXANASINDA HƏYATA KEÇİRİLƏN DAXİLİ ƏMƏLİYYATLAR;

  • Müvəqqəti Ürək batareyaları
  • Ürək batareyaları
  • Elektrofizioloji prosedurlar
  • Kateter ablasiya
  • Mitral balon(Valvuloplastika)
  • Koronar Angioqrafiya
  • Perkutan Transluminal Koronar angioplastika
  • Ürək Kateterizasiyası
  • Xroniki tam bağlı Damarların açılması
  • Aorta darlığının əməliyyatsız müalicəsi (TAVİ)
  • Ürək dəliklərində əməliyyatsız müalicə
  • Əməliyyatsız damar bərpası
  • Müqavimət göstərən Hipertəzyiqdə yeni bir müalicə üsulu;Renal denervasiya

MEDİPOL UNİVERSİTETİ ÜRƏK – DAMAR CƏRRAHİYYƏSİ XƏSTƏXANASINDA HƏYATA KEÇİRİLƏN NÜVƏ TİBB ƏMƏLİYYATLARI;

  • Miokard perfuziya sintiqrafiyası (Talyum testi)


MEDİPOL UNİVERSİTETİ ÜRƏK – DAMAR CƏRRAHİYYƏSİ XƏSTƏXANASINDA HƏYATA KEÇİRİLƏN RADİOLOJİ ƏMƏLİYYATLAR;

  • Koronar KT Angioqrafiya
  • Kardiyak MRT

ÜRƏKDƏN ÜRƏYƏ…

ERKƏN DOĞULANDAN HƏR YAŞ QRUPUNA KİMİ UZANAN YÜKSƏK XİDMƏT…

Medipol Universiteti Ürək Damar Cərrahiyyəsi Xəstəxanası (ÜDC) bölməsində yenidoğulan körpədən 90 yaşdan yuxarı yaş həddində olanlara qədər geniş xəstə qrupuna xidmət verilir.Xəstəxanada doğulan,şəhər-ölkə xaricindən qəbul edilən ,təcili yardımla gələn və ya poliklinikalarda qiymətləndirilən xəstələr uğurla müalicə edilir.

Laminar hava axını olan əməliyyatxanalarda ,3 ədəd ürək – ağciyər cihazı,cell saver və intraaortik balon nasosu cihazları ilə hər yaş qrupunda olan xəstələrə xidmət göstərə biləcək texniki təchizat mövcuddur.

Reanimasiyada hər xəstə yanında müasir texniki xüsusiyyətlərə malik tənəffüs cihazları,hemodinamik parametrləri müşahidə edən monitorlar,əməliyyat zamanı və sonrasında beyin funksiyalarını izləyən NİRS (near infrared spectroscopy) cihazlar mövcuddur.Anesteziya və Reanimasiya bölmələri əməliyyatdan əvvəl və sonra Ürək –Damar Cərrahiyyəsi bölməsi ilə əməkdaşlıq edərək xəstələrin reanimasiyada müşahidəsini aparır.

Medipol Universiteti Xəstəxanası Ürək – Damar bölməsində hər növdə doğuşdan ürək və damar xəstəlikləri,erkən doğulanlarda,yuxarı yaş körpə və uşaqlarda uğurla müalicə edilir.Ana bətnində diaqnoz qoyulan körpələrə doğuşla eyni zamanda hazır edilən əməliyyatxanada doğuşdan dərhal sonra müdaxilə edilir.Xəstələrdə ümumiyyətlə daha yaxşı kosmetik nəticələr əldə edilməsi baxımından məhdud kəsilmələr və uyğun hadisələrdə minimal invaziv müdaxilələr seçilir. Bəzi körpələrə ,Uşaq Kardiologiya bölməsi ilə əməkdaşlıq daxilində müdaxilələr edilir və xəstələrə müalicə tətbiq edilir.Xəstələrin əməliyyatdan əvvəl və sonra müşahidələrini yenidoğulan reanimasiya bölməsi və Uşaq Kardiologiya bölməsi ilə birlikdə həyata keçirirlər.Xəstəxanada doğulan xəstələrlə eyni zamanda şəhər /ölkə xaricindən qəbul edilən xəstələr hava/quru yolu ilə xəstəxanaya çatdırıldıqdan sonra yenidoğulanlar bölməsində hazırlanıb əməliyyata daxil edilir.Xəstələrdə adətən daha yaxşı kosmetik nəticələr əldə edilməsi baxımından minimum kəsimlərlə minimal invaziv müdaxilələr tətbiq edilir.

Yetişkin xəstələrdə koronar damar xəstəlikləri ,bypass cərrahiyyəsi( CABG) ilə müalicə edilir. Revmatizmalı ya da əldə edilmiş qapaq xəstəliklərində bərpa və ya dəyişdirilmə əməliyyatları həyata keçirilir.Aorta anevrizma-diseksion əməliyyatları, endovaskular aorta bərpası(EVAR), Kardiologiya bölməsi ilə qarşılıqlı müdaxilələr və Aritmik Cərrahiyyə bölməsində uğurla həyata keçirilir.

Periferik arteriya xəstəlikləri (tutulmalar,daralmalar) və lazer-radiofrekans istifadə edilərək aparılan varis əməliyyatları uğurla həyata keçirilir.Eləcə də hər növdə xəsarət nəticəsində yaranan ürək və damar zədələrinə tez bir zamanda müdaxilə edilməklə və ehtiyac olduqda digər bölmələrlə(ortopediya,plastik cərrahiyyə və s.) birlikdə əməkdaşlıq edilir.

MEDİPOL UNİVERSİTETİ ÜRƏK – DAMAR CƏRRAHİYYƏSİ XƏSTƏXANASINDA;

  • Yetişkin Kardiologiya
  • Uşaq Kardiologiyası
  • Yetişkin Ürək-Damar Cərrahiyyəsi
  • Pediatrik Ürək – Damar Cərrahiyyəsi bölmələri mövcuddur

XİDMƏT GÖSTƏRİLƏN SAHƏLƏR

  • Koronar bypass tətbiqi
  • Ürək qapağı təmiri və dəyişdirilməsi
  • Doğuşdan ürək xəstəlikləri cərrahiyyəsi
  • Arteriya xəstəlikləri müdaxiləsi
  • Anjio tətbiqi
  • Toplardamar xəstəlikləri müdaxiləsi;varis cərrahiyyəsi
  • Hibrid tətbiqi
  • TAVİ (Transapikal və ya Transkateter Aort qapaq implantasiyası)
Bi-Plan rəqəmsal düz panelli Anjioqrafiya

Bi-Plan rəqəmsal düz panelli Anjioqrafiya

Pediatrik Kardiologiya və Endovaskulyar radiologiya tətbiqlərində çox aşağı doza və çox yüksək görüntü keyfiyyəti ilə ən təsirli və sürətli nəticələr əldə edilir.

Kardiak SpeKT

Kardiak SpeKT

5 dəqiqədən daha qısa müddətdə tam ürək çəkilişi edilə bilən sintiqrafiya sistemidir. Solid State Detektoru ilə hərəkətsiz və mərkəzlənmiş; kollimasiya sistemi ilə isə dörd qat daha sürətli və aşağı dozalı çəkilişlər aparılır.

Monoplan Rəqəmsal Düz Panel Kardiak Angioqrafiya sistemi

Monoplan Rəqəmsal Düz Panel Kardiak Angioqrafiya sistemi

MONO-PLAN RƏQƏMSAL FLAT PANEL ÜRƏK ANGİOQRAFİYA SİSTEMİ

Robotik Cərrahiyyə

Robotik Cərrahiyyə

Türkiyədə ilk ! Dünyanın ən inkişaf etmiş cərrahiyyə robotu Medipolda… Dünyanın inkişaf etmiş cərrahiyyə robotu Türkiyədə ilk olaraq Medipol Universiteti Xəstəxanasında mövcuddur.Texnologiyanın tibb elminə təqdim etdiyi ən əhəmiyyətli inkişaflardan biri olan cərrahiyyə robotu ilə xəstəyə kiçik dəlikdən müdaxilə edilərək xüsusi əməliyyatlar həyata keçirilir.Bu sistem cərraha və xəstəyə böyük rahatlıq və asanlıq təmin edir.