Odyoloji

SAĞLAM BƏDƏNDƏ SAĞLAM DÜŞÜNCƏ…

Odiologiya ,eşitmə və tarazlıq pozğunluqlarının diaqnozu,müalicəsi və reabilitasiyası sahəsində aktual elmi tətbiqlərin xəstələrin xeyrinə istifadə edilməsini öyrədən elm sahəsidir.Yenidoğulanlarda eşitmə itkisi darama proqramlarından başlayaraq yuxarı yaşda olanlarla birlikdə meydana gələn eşitmə itkisinin diaqnozu və müalicəsinin davam etdirilməsi Odiologiya Bölməsində həyata keçirilir.Oxşar şəkildə baş dönməsi və tarazlıq problemlərinin diaqnoz və müalicəsi də Odiologiya Bölməsində davam etdirilir.

Yuxarıda göstərilən xidmətlər,Medipol Universiteti Xəstəxanası Qulaq,Burun ,Boğaz,Baş-Boyun Cərrahiyyəsi elm sahəsində təqdim edilir.

Eşitmə və tarazlıqla əlaqədar problemləri olan xəstələrin ABR,video-NG,VEMP,kompyuterli dinamik posturoqrafiya kimi ən inkişaf etmiş cihazlardan istifadə edərək diaqnozunun qoyulması və reabilitasiyası bu bölmədə davam etdirilir.Eşitmə itkisi və ya tarazlıq ilə əlaqədar çətinlik çəkən xəstələr qulaq,burun,boğaz müayinəsi sonrası bu bölməyə müraciət etməlidirlər.Lazımi test və əməliyyatların sonrasında eşitmə itkisi və ya tarazlıq pozğunluğunun səbəbi və dərəcəsinin müəyyən edilməsi sonrasında şəxsə və ya xəstəliyinə əsasən müalicə və reabilitasiya tətbiq edilir.Eşitmə reabilitasiya səbəbi ilə digital eşitmə cihazı,koklear implant,beyin sapı implantı,orta qulaq implantı,vibrotaktil cihaz,FM cihazı və köməkci cihazlar secilir və nizamlanır.