Fizioterapiya və Reabilitasiya

SƏRHƏDSİZ HƏRƏKƏT AZADLIĞI… DAHA YAXŞI BİR HƏYAT KEYFİYYƏTİ ÜÇÜN AKADEMİK ƏLLƏRDƏ,MÜASİR FİZİOTERAPİYA BÖLMƏSİ…

Medipol Universiteti Xəstəxanası Fizioterapiya və Reabilitasiya elm sahəsi,bütün əzələ-sümük sistemi xəstəliklərinin diaqnoz və müalicəsi ,fərdin bir xəstəliyə ya da yaralanma ilə əlaqədar itirdiyi vücud funksiyalarının fiziki müalicəsini,ortopediya,nevlojo reabilitasiya bölmələri ilə ən yaxşı şəkildə düzəltməyi qarşısına məqsəd qoymuşdur.

XİDMƏT GÖSTƏRƏN SAHƏLƏR

  • Bel,boyun və kürək ağrıları
  • Boyun və bel yırtıqları
  • Çənə oynağı pozğunluqları
  • Oynaq artrozları
  • Iltihablı revmatizmalı xəstəliklər (romatoid artrid,ankilozan spondilit)
  • Osteoparoz (sümük əriməsi)
  • Əzələ ağrısı və əzələ gücsüzlüyü yaradan xəstəliklər (fibromiyalgiya,myofasial ağrı sindromu)
  • Topuq tikanı,halluks valgus,düzdabanlıq kimi ayaq problemləri
  • Lenfödem və periferik damar xəstəliklərinin reabilitasiyası
  • Əzələ xəstəlikləri (Muskulyar distrofiya)
  • Əl reabilitasiyası
  • Meniscus və bağ yaralanmaları
  • Onurğa əyrilikləri(skolioz,donqar bellik)
  • Qırıq sonrasında yaranan oynaq sərtlikləri
  • Omba, diz, çiyin protez əməliyyatları ilə Artroskopik müdaxilələrin əvvəli və sonrasında amputasiya reabilitasiyası
  • Beyin qanaması və beyin damarlarının tutulması ilə bağlı yaranan ifliclər
  • Onurğa iliyi və zədəli beyin yaralanmaları
  • Serebral palsi,spina bifida
  • Xərçəng reabilitasiyası
  • Geriatrik reabilitasiyası
  • Vestibulyar reabilitasiya
  • Pelvik döşəmə reabilitasiyası ( sidik qaçırtma müalicəsi)
  • Üz iflici və bütün sinir yaralanmaları reabilitasiyası
  • Yerimə pozğunluqlarının diaqnozu və müalicəsi
  • Parkinson xəstəliyi,multipl skleroz (MS),amyotrofik lateral skleroz (ALS) reabilitasiyası
Armeo Power əl-qol reabilitasiya robotu

Armeo Power əl-qol reabilitasiya robotu

Əlini hərəkət etdirə bilməyən iflic xəstələrində son texnologiya əl-qol robotu ilə robot dəstəkləyici müalicə

Anymov- Robotik Çarpayı Sistemi

Anymov- Robotik Çarpayı Sistemi

Nevroloji xəstəliklərin erkən dövrlərində ciddi müalicə imkanı təmin edən ilk robot yataq sistemidir.

Biodex bədən tarazlığı məşq sistemi

Biodex bədən tarazlığı məşq sistemi

Yaşlılıq, Parkinson və iflic kimi nevroloji xəstəliklər, görmə pozuqluğu,iç qulaq yolu ilə bağlı xəstəliklər həmçinin süngərləşmə və şəkər xəstəlikləri tarazlıq pozulmalarına səbəb olur.İflic xəstələri iflic olan tərəfdəki ayağı hərəkət etdirməkdə çətinlik çəkdiklərindən yeni bir yeriş tərzi yaranar.Bu yeriş isə yıxılma riskini artırır.Yaşlılıq,Parkinson xəstəliyi hallarında yerimə zamanı hər iki ayağa ağırlıq eyni səviyyədə düşmədiyindən tarazlıq pozulur və yıxılma riski artır.

Lokomat- yerimə hərəkətliliyini bərpa edən robot trenajor

Lokomat- yerimə hərəkətliliyini bərpa edən robot trenajor

Yerimə qabiliyyətini qismən və ya tamamilə itirmiş xəstələrdə təkrar yerimə qabiliyyətinin qazanılmasına köməkçi olan robotik yerimə sisteminə lokomat deyilir.