Beynəlxalq Xəstə Mərkəzi

Sizin üçün nə edə bilərik?

Ödənişsiz Tibbi Rəy Xidməti

Siz və ya ailənizdən biri/dostunuz ciddi bir sağlamlıq problemi ilə qarşılaşdığı zaman problem haqqında daha dəqiq bir fikir əldə etmək üçün başqa bir həkimdən rəy almaq sizi daha rahat hiss etdirəcək.Mütəxəssis qrupumuz,akademik həkim heyətinin rəyini ödənişsiz olaraq sizə təqdim etmək üçün hazırdır.Sizin etməli olduğunuz tək bir şey əlaqədar sənədləri Türk və ya İngilis dilində bizə göndərməkdir.

Sənədlərinizi yükləmək üçün zəhmət olmasa buraya giriş edin

Tibbi sənədlərinizi aldıqdan sonra işçi qrupumuz həkimlərimizlə əlaqə yaradaraq diaqnoz və ya müalicənizlə bağlı ikinci tibbi rəy əldə edəcəklər.Həkimlərimizin müayinəsindən sonra ətraflı tibbi rəy alacaqsınız.

Maliyyə xidmətləri

Diaqnoz və ya müalicə üçün başqa bir ölkəyə getməyə qərar verdiyiniz zaman maliyyə məsələlərini öncədən bilməyiniz hər zaman sizin üçün daha uyğun olar.Müayinə və müalicə prosedurları ilə əlaqədar bütün maliyyə hesabları işçi qrupumuz tərəfindən sizə təqdim ediləcək.Lakin bu maliyyə məlumatları təxmini hesablamalardır.Hər hansı bir müalicəniz varsa xəstəxanada yatdığınız müddət ərzində ehtiyac duyacağınız hər şeyin daxil olduğu paket qiymətlər də sizə təqdim oluna bilər.

Səyahət və Qarşılamanın Təşkili

Xəstəxananı ziyarət etməyə qərar verdiyinizdə mütəxəssis qrupumuz viza əməliyyatları, ölkələr arası və şəhər içi müqaviləli otellərdən aldıqları müqayisəli qiymətlərə görə otel rezervasiyası xidmətlərini təqdim edəcək. Qarşılama və yola salma xidmətləri pulsuzdur.

Xəstəxana Çıxışı Xidmətləri və Çıxış sonrası izlənim

Müalicə müddətinin sonunda sizə İngilis dilində hazırlanmış müalicə qovluğu təqdim edilir.Bundan başqa müayinə nəticələrinizi e-mail vasitəsilə bizə tədqiq edilməli olan müayinə nəticələrinizi göndərmiş olsanız sizlərə pulsuz uzaqdan müalicə nəzarəti xidməti göstərməkdən məmnunluq duyarıq.

Xəstəxana Müddəti

Keçdiyiniz bütün proseslərin nəzarətindən məsul olan xəstə kordinatoru, bütün görüş tarixlərinizi təyin edəcək və xəstəxanaya yerləşəcəyiniz halda ehityac olan bütün hazırlıqları tamamlayacaqdır.Bundan başqa xəstəxanamızın mətbəxində damaq dadınıza uyğun yeməklər hazırlanır və məscidimiz 7 gün 24 saat ərzində istifadəniz üçün açıqdır.

Müalicə və Əyləncə

İstanbul,iki qitə və yeddi təpə üzərində inşa edilən və bu xüsusda dünyada heç bir oxşarı olmayan möhtəşəm bir şəhərdir.İstanbulda tarixi yerləri,alış-veriş mərkəzlərini və Türkiyə mətbəxini kəşf edə ,İstanbuldan zövq ala bilərsiniz.Şəhərdə keçirilən beynəlxalq və yerli idman fəaliyyətləri,sənət hadisələri haqqında mütəmadi olaraq məlumatlandırılacaqsınız.

Medipol Universitet Xəstəxanasında Yatış

Müasir memarlıq, ağıllı bina texnologiyası və təcrübəli medikal infrastrukturu həm milli həm də beynəlxalq mənada Medipol Universiteti Xəstəxanasını əhəmiyyətli bir referans mərkəzinə çevirməkdədir.

Medipol Qonaq Evi

Sərfəli qiymətlərə rahatlıqla qala biləcəyiniz dairələr hazırlayırıq.

Müalicə prosesinin uzanması halında haraya yerləşəcəyiniz qarşılaşdığınız problemlərdən biridir.Bu problemi Medipol Universiteti Qonaq Evi ilə həll edirik.Qonaq evimiz, xəstəxana və təcili yardımdan bir dəqiqə uzaqlıqdadır.