Medipol Universitet Xəstəxanası

TƏRKİBİNDƏ DÖRD XƏSTƏXANANI BİRLƏŞDİRƏN TÜRKİYƏNİN ƏN BÖYÜK SAĞLAMLIQ KOMPLEKSİ; MEDİPOL UNİVERSİTET XƏSTƏXANASI.

Medipol Universitet Xəstəxanası ,bir universitet xəstəxanası olaraq ,tərkibində yer alan Ümumi,Ürək-Damar Cərrahiyyəsi,Onkologiya,Diş ixtisas xəstəxanaları ilə Türkiyənin ən böyük özəl sağlamlıq layihəsidir.. Medipol Universitet Xəstəxanası sahib olduğu modern memarlığı,ağıllı bina texnologiyası və inkişaf etmiş tibbi təchizatı ilə diqqətləri üzərinə çəkməklə,yeni nəsil texnologiyası ilə Türkiyənin ən yaxşı xəstəxanalardan biri olma xüsusiyyətinə malikdir. Medipol Universitet Xəstəxanası , həm milli həm də beynəlxalq arenada səhiyyə sektorunda yeni bir referans mərkəzidir

BEYNƏLXALQ STANDARTLARDA MODERN SAĞLAMLIQ KOMPLEKSİ

Medipol təhsil və sağlamlıq qrupunun Türkiyədə və dünyada düzgün qüruru olan Medipol Universitet Xəstəxanası,bu ruhla ortaya çıxan ,bütün dünyadan xəstə qəbul edə bilən JCİ standartlarında bir sağlamlıq kompleksidir. Medipol Universitet Xəstəxanası, cəmiyyətin həyat keyfiyyətini yüksəltmək üçün,qoruyucu/müalicəvi sağlamlıq xidmətlərində həyata keçirdiyi böyük yatırım və inkişaf yolunda əmin addımlarla irəliləməkdədir.

TAM TƏCHİZATLI MODERN QURULUŞ VƏ GÜCLÜ NAİLİYYƏT…

Medipol Universitet Xəstəxanası ,470 nəfərlik çarpayı,133 yataqlı reanimasiya şöbəsi (Ümumi,Koronar,ÜDC,Yenidoğulmuşlar üçün reanimasiya) ilə bütünlükdə ağıllı sistemlərlə təchiz olunmuş bir infrastruktur və texnologiya ilə xidmət göstərməkdədir. Türkiyənin ən çox şöbə sayına sahib xəstəxanalardan biri olan Medipol Universitet Xəstəxanası, xəstəyə diqqət ayırmaqla üstün bir xidmət göstərməkdədir. Xəstəxana, eləcə də eyni vaxtda 25 əməliyyatxana blokunda əməliyyat həyata keçirə biləcək miqdarda yeni nəsil texnologiya ilə təchiz olunmuşdur.

SAĞALDAN MODERN XƏSTƏXANA MEMARLIĞI

Medipol Universitet Xəstəxanası,xəstə və yaxınlarının özlərini daha yaxşı hiss etmələri üçün “Sağaldan Xəstəxana Memarlığı” və xüsusi peyzajı ilə digər xəstəxana memarlığından fərqlənməsi ilə dünyada nümunəvi bir kompleksdir.Medipol Universitet Xəstəxanası,15 min m2-lik bağ sahəsi,26 min m2-lik 5 mərtəbəli yeraltı avtoparkı,1.500 nəfərlik məşğulluq tutumu və 100 min m2-lik bağlı sahəyə sahibdir.

OTAQLARDA XƏSTƏ RAHATLIĞI

Xəstələrin komfort və rahatlığını ön planda tutan Medipol Universitet Xəstəxanası xəstə və yaxınlarını ev şəraitində qəbul etməkdədir.Rahat və modern fiziki sahələri,bağçalı teras suit,suit və sadə otaqları olmaqla cəmi 470 çarpayı mövcuddur.Otaqlarda mövcud olan LCD ekran ilə xəstələr multimedia (TV ,DVD,internet) xidmətlərindən istifadə edə bilərlər.Otaqlarda xəstə və yaxınlarının ehtiyacı olan modern həyata aid hər cür komfortla yanaşı keyfiyyətli yemək xidməti də göstərilməkdədir.

İBADƏTXANA

Xüsusi memarlıq üsulu ilə hazırlanan 600 nəfərlik geniş və rahat ibadətxanada ,dördkünc tavanlı məkanı qübbə ilə bağlamaq mənasına gələn “türk üçküncü”üsulu istifadə olunmuşdur.Bu xüsusi dizaynlı,geniş ibadətxanada xəstələr və yaxınları ibadətlərini rahat yerinə yetirir.

5 ULDUZLU BİR KAFE/RESTORAN;POLİN

Medipol Universitet Xəstəxanası yaşayış sahəsi daxilində yer alan Polin Kafe/Restoran,qonaqlara xüsusi ləzzətli yemək menyusu təqdim edir, modern və yüksək səviyyədə dincəlmələrini təmin edir.

Professional və təcrübəli heyəti ilə qonaqlarına gün içində Türk və dünya mətbəxindən sağlam və ləzzətli yeməklər təqdim edən Polin Kafe /Restoran , xəstəxananın rahat və xüsusi yeridir.

XÜSUSİ HELİPORT SAHƏSİYLƏ SƏRHƏD TANIMAYAN BİR XİDMƏT…

Medipol Universitet Xəstəxanası,hər ağırlıqdakı vertalyotları daşıyabiləcək gücdə,ən təcili vəziyyətlərdə ölkədaxili və ölkəxaricindən ən sürətli xəstə transferini təmin edən,xüsusi memarlığa sahib heliport sahəsi ilə rahat çatıla biləcək xəstəxanadır

SON TEXNOLOGİYA TƏHLÜKƏSİZLİK XİDMƏTİ

Medipol Universitet Xəstəxanasında müəssisə və xəstə təhlükəsizliyini təmin etmək məqsədi ilə 7/24 təhlükəsizlik xidməti göstərir.Mərkəzi sistem otağı ,şərikli istifadə sahələrindəki son texnologiya cihazı olan kameraları,X-ray nəzarət keçid sistemi və təhsilli/mütəxəssis heyəti ilə Medipol Universitet Xəstəxanası təhlükəsiz xidmət göstərməkdədir.

DƏRMAN VƏ TİBBİ SƏRF SİSTEMİ PYXİS MEDİPOL UNİVERSİTET XƏSTƏXANASINDA!

Medipol Universitet Xəstəxanasında ,dünyada bazarın ilk və ən böyük “dərman idarəçilik sistemi olan “Pyxis dərman idarəçilik sistemi istifadə edilməkdədir.

2004-cü ildən bu günə kimi Türkiyədə çox az xəstəxanada Pyxis sistemi qurulub,bunlardan biri də Medipol Universitet Xəstəxanasıdır.

“Pyxis dərman idarəetmə sistemi”, ”Xəstəxana Məlumat İdarəçilik Sistemi”ilə qarşılıqlı çalışaraq dərmanın əczaxanadan xəstəyə verilmə anına qədər tam bir avtomatlaşdırma və təhlükəsizlik təmin edir.Sistem ilə birlikdə beynəlxalq xəstə təhlükəsizliyi meyarlarının 5 təməl prinsipi avtomatik təmin olunaraq;düzgün dərmanlar,düzgün miqdarda,düzgün yoldan,düzgün zamanda,düzgün xəstəyə tətbiq edilməkdədir.Eyni zamanda sistem Səhiyyə Nazirliyi tərəfindən ən son nəşr olunan “Xidmət Keyfiyyət Standartları”-da xüsusilə “Əczaxana idarəçiliyi”və “Fond idarəçiliyi” meyarlarının təxminən 50%-lik bölməsini avtomatik təmin edərək xəstəxananın “Xidmət Keyfiyyət Səviyyəsi”-nə də köməklik göstərir.

XƏSTƏNİN YANINDAN ON-LİNE ƏLAQƏ

Medipol Universitet Xəstəxanasında xəstə sağlamlıq xidmətlərini asanlıqla edə biləcəyi “filo”adındakı nəqliyyat vasitəsilə iş gedişatı müddəti sürətlənir və fiziki məkanın təsiri ilə istifadə edilir.Filo nəqliyyat vasitəsi ilə xəstənin yanında şəxsiyyət vəsiqəsinin tanınması ilə xəstəyə aid bütün müayinə cavabları görülə bilər,xəstənin bütün fayl məlumatları rahatlıqla əldə edilə bilər.

SƏRHƏDSİZ RƏQƏMSAL ARXİV PACS

Medipol Universitet Xəstəxanasında istifadə edilən PACS sistemləri ilə film arxivləri kimi kağız əsaslı medikal görüntülər aradan qaldırıldı.Xəstəyə aid çəkilən bütün görüntülər vaxtında əldə edilə bilər.

PACS sisteminin xəstəyə faydaları:

Xəstənin bütün görüntülərini kompyuterdə saxladığı üçün,əvvəlki görüntülərlə müqayisə edilərək daha düzgün tibbi qiymətləndirmə mümkün olacaqdır.

Xəstələr həkim müayinəsinə getdiyində özləri ilə film aparmaq məcburiyyətində qalmazlar.

Filmlərin itmə problemi olmaz,filmlər xəstəxanada saxlanılır.

Filmlərin ekoloji şərtlərdən ötəri deformasiya olunması mümkündür,digital filmlər isə illərcə ilk günkü kimi saxlanıla bilər.

Lazım olduğunda görüntülər ölkədaxili və ölkəxarici başqa tibb mərkəzlərinə göndərilə bilər.

Xəstəyə istərsə digital görüntülərin olduğu və hər PC-də açıla bilən şəkildə bir CD verilir.

KOMPYUTER NƏZARƏTLİ TRANSFER: PNEVMATİK BALON SİSTEMİ

Medipol Universitet Xəstəxanasında Pnevmatik Balon Sistemi ilə gündəlik iş axını içərisində minlərcə dərman,rentgen filmi ,hesabat və sənəd,bir ünvandan digər ünvana,bir mərtəbədən digər mərtəbəyə,bir binadan digər binaya kompyuter nəzarəti ilə hərəkət etdirilir,vəsaitlər sürətli və təhlükəsiz şəkildə daşına bilər.

MEDİPOL UNİVERSİTET XƏSTƏXANASI RƏQƏMLƏRLƏ

  • 4 xəstəxana kompleksi
  • Ümumi Xəstəxana
  • Onkologiya Xəstəxanası
  • Ürək-Damar Cərrahiyyəsi Xəstəxanası
  • Diş Xəstəxanası
  • 470 nəfərlik çarpayı
  • 133 yataqlı Reanimasiya Şöbəsi
  • 32 yataqlı Ümumi Reanimasiya Şöbəsi
  • 22 Koronar Reanimasiya Şöbəsi
  • 26 KVC Reanimasiya Şöbəsi
  • 53 Yenidoğulmuşlar üçün Reanimasiya Şöbəsi
  • 246 poliklinika otağı
  • 25 əməliyyatxana