Süni Mayalandırma Mərkəzi (İVF)

HƏSRƏT SONA ÇATIR…

Medipol Universitet Xəstəxanasının Süni Mayalanma Mərkəzində, ümumiyyətlə sonsuzluğun qiymətləndirməsi nəticəsində qadında olan sonsuzluğun, kişidə olan sonsuzluğun ya da heç bir problemin müəyyən edilmədiyi,izah edilməyən sonsuzluğun diaqnozu ilə müalicə mərhələsinə keçilir.Müalicə müddətində müəyyən edilən problemə görə müşahidə aparılır və plan hazırlanır.


MEDİPOL UNİVERSİTET XƏSTƏXANASI SÜNİ MAYALANMA MƏRKƏZİNDƏ HƏYATA KEÇİRİLƏN MÜALİCƏLƏR :

  • Sonoqrafiya ilə yumurtlama müşahidəsi
  • Intrauterin inseminasiya (aşılama)
  • In vitro fertilizasiya (İVF-klassik süni mayalanma müalicəsi)
  • İCSİ(mikroinyeksiya)
  • TESE,TESA,PESA(sperma olmayan şərtlərdə testislərdən cərrahi yolla sperma əldə edilməsi)
  • Assisted hatching(AHA,embrion traşlama)
  • Blastokist mərhələsində embrion transferi
  • Embrion dondurulması
  • Testis toxuması dondurulması (azospermiya müşahidələrində, cərrahi yolla sperm əldə edilməsi halında)
  • Preimplantasiya genetik diaqnoz (PGT)
  • Uşaqlıq ilə əlaqədar problemlərin diaqnoz və müalicəsində endoskopik əməliyyatlar (diaqnostik, ofis və operativ histeroskopiya cərrahiyyələri)
  • Borular və yumurtalıqlar ilə əlaqədar problemlərin diaqnoz və müalicəsində endoskopik əməliyyatlar (diaqnostik və operativ laparoskopik cərrahiyyələr)
  • Sonsuzluq müalicələri zamanı psixoloji dəstək və paylaşma qrupları

Mərkəzdə əsas məqsəd ,sonsuz cütlüklərin düzgün və zamanında müalicə ilə qisa zamanda hamiləlik və təbii doğuşla nəticələnən bir müddət keçirmələrini təmin etməkdir.Bu müddət ərzində cütlüklərə mənəvi dəstəyin verilməsi çox mühümdür.Eləcə də xəstəxanamızda köməklə artım müalicələri üçün hesabat çıxarılır.